Ramil Səfərovun xanımına bu VƏZİFƏ VERİLDİ
14 Dekabr 2025, 01:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
729
29.07.2025, 12:20
Prezident İlham Əliyevin sərəncamı ilə "Elektroenergetika haqqında" qanuna edilən dəyişikliklər qüvvəyə minib.
Oxu24.com xəbər verir ki, dəyişikliklərə əsasən, elektrik enerjisində sabit tarif tətbiq ediləcək.
Qanuna əsasən, sabit tarif elektrik enerjisi istehlak səviyyəsindən asılı olmadan, hər bir istehlakçı üçün aylıq ödənilən sabit məbləğdir. Bu tarif enerji təchizatı şəbəkəsinə qoşulan istifadəçilərin müəyyən sabit xərcləri qarşılamaq məqsədilə tətbiq olunur.
Sabit tarifin əsas məqsədi vətəndaşın elektrik enerjisindən istifadə edib-etməməsindən asılı olmayaraq, aylıq sabit bir ödəniş etməsidir. Yəni, mənzildə yaşamayan vətəndaşlar da sabit tarif çərçivəsində müəyyən məbləğ ödəyəcəklər.
Bu tarif istehlak həcminə bağlı deyil və istehlakçının kateqoriyasından asılı olmayaraq tətbiq ediləcək. Toplanan vəsait isə paylayıcı sistem operatorunun bəzi sabit xərclərinin ödənilməsinə yönəldiləcək.
Həmçinin oxuyun
Energetika nazirinin müavini Orxan Zeynalovun parlamentdə verdiyi məlumata görə, sabit tarifin məbləği hər abonent üçün aylıq 1 manatdan artıq olmayacaq. Tarifin dəqiq məbləğini Tarif Şurası müəyyən edəcək.
Qeyd edək ki, "Elektroenergetika haqqında" qanuna edilən dəyişikliyə əsasən, 9.2-ci maddəyə (tənzimlənən qiymət və tariflər) sabit tarif də əlavə olunub (9.2.6 bəndi). Eyni zamanda, qanunun 42.5.6-cı maddəsinə görə, bu tarifləri müəyyən etmək səlahiyyəti müvafiq icra hakimiyyəti orqanına, yəni Tarif Şurasına məxsusdur. Bu orqan Prezident İlham Əliyevin 2023-cü il tarixli fərmanı ilə müəyyən edilib.
Hazırda sabit tarifin rəsmi məbləğinin müəyyən edilməsi üçün Tarif Şurasının qərarı gözlənilir. /Milli.Az
01:21 / 14 Dekabr 2025
213
00:52 / 14 Dekabr 2025
258
00:43 / 14 Dekabr 2025
85
00:04 / 14 Dekabr 2025
126
23:47 / 13 Dekabr 2025
729
23:44 / 13 Dekabr 2025
44
23:30 / 13 Dekabr 2025
54
22:45 / 13 Dekabr 2025
317
22:30 / 13 Dekabr 2025
98
22:28 / 13 Dekabr 2025
115
22:22 / 13 Dekabr 2025
124
22:11 / 13 Dekabr 2025
244
21:58 / 13 Dekabr 2025
404
21:34 / 13 Dekabr 2025
1067
21:21 / 13 Dekabr 2025
84
21:19 / 13 Dekabr 2025
113
21:15 / 13 Dekabr 2025
82
21:02 / 13 Dekabr 2025
75
20:49 / 13 Dekabr 2025
379
20:44 / 13 Dekabr 2025
97
20:36 / 13 Dekabr 2025
86
20:26 / 13 Dekabr 2025
81
20:01 / 13 Dekabr 2025
288
19:53 / 13 Dekabr 2025
101
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.