Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda bu məhsul kəskin bahalaşacaq - Səbəb açıqlandı

news/2025_07_24/44821_06882204deec4f_1_1753370036.jpg

CƏMİYYƏT

501

24.07.2025, 18:57

Yaxın günlərdə Azərbaycanda qarpızın qiyməti kəskin bahalaşacaq.

Oxu24.com  xəbər verir ki, bu barədə Qaynarinfo-ya açıqlamasında Masallı rayon sakini, fermer Anar Abbasov məlumat verib.

Fermer bunun səbəbini qarpız tağlarının tələf olması ilə izah edib:

"Qarpızın qiyməti qalxacaq. Yaxın günlərdə məhsulun bir kiloqramının qiyməti 80 qəpik olacaq. Bu yaxınlarda rayonlarda kütləvi duman oldu. Mütəxəsislər bunun səbəbini bir müdət öncə İran İslam Respublikasından Azərbaycana keçən duman-şeh ilə əlaqələndirib. Dumanın tərkibində radiasiya olub. Bunun da nəticəsində qarpız tağları kütləvi şəkildə yanıb".

Fermer artıq bir neçə rayondan qarpız tağlarının ölməsi ilə məlumatlı olduğunu vurğulayıb:

"Rayonlardan məlumat almışam ki, yaxın vaxtlarda ölkədə qarpız olmayacaq".