Qaynar xətt:

(+99450) 247 90 86

Yevlaxın bir hissəsində qaz kəsilib 

CƏMİYYƏT

746

17.07.2025, 11:49

Yevlax şəhərinin bir hissəsində - 77 sənaye müəssisəsində, İravanlı yaşayış massivində, 31-ci və 32-ci məhəllələrdə, 32-ci məhəllənin ətrafındakı yeni yaşayış massivində yaşayan abonentlərin mavi yanacaqla təchizatı dayandırılıb.

Tərtər Regional Qaz İstismar İdarəsinin Yevlax Xidmət Sahəsi diametri 1220 mm-lik "Qazıməmməd-Qazax II xətt" yüksək təzyiqli magistral qaz kəməri ilə "Yevlax-1 QPS qol qaz kəməri"nin əlaqələndirilməsi üçün çəkilmiş yüksək təzyiqli qaz xəttinin qaznəqli sisteminə birləşdirilməsi işləri görür.

İşlər başa çatdıqdan sonra qazın verilişi bərpa olunacaq.