Ramil Səfərovun xanımına bu VƏZİFƏ VERİLDİ
14 Dekabr 2025, 01:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1423
17.07.2025, 11:15
Azərbaycan Prezidentinin imzaladığı Fərman ilə “İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilib. Sənədlə ipoteka kreditinin verilməsinə dair yeni tələblər müəyyənləşib. Bununla da, Qarabağ və Şərqi Zəngəzurda güzəştli şərtlər ilə mənzilə sahib olmaq mümkün olacaq.
Oxu24.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
Deputat aydınlaşdırıb ki, yeni dəyişikliklərə əsasən güzəştli ipoteka kreditinin məbləği kreditin verildiyi tarixə işğaldan azad edilmiş ərazilərdə yaşayış sahəsinin qiymətinin 90 faizindən çox ola bilməz:
“Digər dəyişiklik işğaldan azad olun ərazilərdə ipoteka krediti üzrə ödəniləcək aylıq məbləğ borcalanın məcmu gəliri ilə bağlıdır. Belə ki, işğaldan azad edilmiş ərazilərdə yaşayış sahəsinin alınması məqsədilə verilən kredit məbləği borcalanın aylıq məcmu gəlirinin 75 faizindən çox olmamalıdır. Bu tələb ipoteka kreditinin məbləğinin kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən ilkin bazardakı yaşayış sahəsinin qiymətinin 60 faizindən az olduğu hallara şamil edilmir.
Həmçinin oxuyun
Yeni qaydalar gənc ailələrin güzəştli şərtlər ilə ipoteka kreditindən istifadə etməklə Qarabağ və Şərqi Zəngəzurda evə sahib olmasına imkan verəcək. Bu bir tərəfdən Qarabağda məskunlaşma prosesini daha da intensivləşdirəcək, digər tərəfdən isə işğaldan azad olunan ərazilərdə iqtisadiyyatın sürətli formalaşması və inkişafına dəstək olacaq. Bu da təbi ki, eyni zamanda gənclərimizin mənzil təminatının yaxşılaşdırılması baxımdan da vacibdir.
Bütövlükdə, yeni dəyişikliklər həm güzəştli şərtlər ilə Qarabağda mənzilə sahib olmağa, həm də həmin ərazilərimizin sosial-iqtisadi inkşafına töhvə verəcək”.
01:21 / 14 Dekabr 2025
102
00:52 / 14 Dekabr 2025
189
00:43 / 14 Dekabr 2025
65
00:04 / 14 Dekabr 2025
86
23:47 / 13 Dekabr 2025
654
23:44 / 13 Dekabr 2025
37
23:30 / 13 Dekabr 2025
49
22:45 / 13 Dekabr 2025
297
22:30 / 13 Dekabr 2025
93
22:28 / 13 Dekabr 2025
106
22:22 / 13 Dekabr 2025
116
22:11 / 13 Dekabr 2025
234
21:58 / 13 Dekabr 2025
389
21:34 / 13 Dekabr 2025
1028
21:21 / 13 Dekabr 2025
81
21:19 / 13 Dekabr 2025
108
21:15 / 13 Dekabr 2025
77
21:02 / 13 Dekabr 2025
72
20:49 / 13 Dekabr 2025
374
20:44 / 13 Dekabr 2025
93
20:36 / 13 Dekabr 2025
83
20:26 / 13 Dekabr 2025
78
20:01 / 13 Dekabr 2025
285
19:53 / 13 Dekabr 2025
97
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.