Qaynar xətt:

(+99450) 247 90 86

Laçında meşə yanır - yenilənib - VİDEO 

CƏMİYYƏT

783

16.07.2025, 23:37

Laçın rayonunun Zerti kəndi yaxınlığında meşə yanğını davam edir.

 Oxu24.com APA-nın yerli bürosunun məlumatına görə, yanğın keçmiş döyüş sahəsində baş verir.

Bu səbəbdən alovun söndürülməsi zamanı şəxsi heyətin genişmiqyaslı müdaxiləsi məhdudlaşıb. Səbəb ərazidə mina və partlamamış döyüş sursatlarının olma ehtimalıdır.

Hadisə yerinə çox sayda yanğınsöndürmə texnikası və canlı qüvvə cəlb olunub. Hazırda müvafiq tədbirlər fasiləsiz şəkildə davam etdirilir.