Qaynar xətt:

(+99450) 247 90 86

Emin Ağalarov rusların yerinə onları siyahıya saldı  -  AÇIQLAMA 

CƏMİYYƏT

1990

16.07.2025, 14:30

İyulun 23-dən 26-dək Bakıda keçiriləcək Dream Fest musiqi festivalının proqramında, o cümlədən aparıcıların tərkibində dəyişiklik edilib.

Bu barədə Oxu24.com  tədbirin mətbuat xidmətinə istinadən xəbər verir.

“Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 29 iyun tarixli rəsmi xəbərdarlığı ilə əlaqədar festivalın proqramı, o cümlədən aparıcıların tərkibi dəyişdirilib”, - təşkilatçılar bildiriblər.

Əvvəllər tədbirin aparıcıları kimi rusiyalı rəssamlar Regina Todorenko və Miloş Bikoviç elan olunurdusa, indi festivalın saytında onların yerinə azərbaycanlı aktyor və teleaparıcı Murad Dadaşov və prodüser və teleaparıcı Hüsniyə Məhərrəmova yer alıb.

Festivalın təşkilatçısı Azərbaycanın xalq artisti Emin Ağalarovdur.

Əvvəllər Ani Lorak, Timati, “Ruki Vverh” qrupu, Vladimir Presnyakov, Natalya Podolskaya və başqaları da daxil olmaqla, rus ifaçıları festival siyahısından çıxarılıb.

Miri