Tıxacda maşını necə sürək ki, benzin az işlənsin?
11 Avqust 2025, 09:20
Qaynar xətt:
(+99450) 247 90 86"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
CƏMİYYƏT
850
16.07.2025, 11:29
Qadın sahibkarlığının inkişafına yönələn “She’s Next Empowered by Visa” qlobal təşəbbüsünün Azərbaycanda həyata keçirilən üçüncü dalğası yekunlaşdı. Layihə sahibkarlar üçün biznes və bankçılıq xidmətlərində bazar liderlərindən olan Birbank Biznes və rəqəmsal ödənişlərdə dünya lideri olan Visa şirkətinin birgə tərəfdaşlığı ilə həyata keçirilib.
16 may 2025-ci il tarixindən etibarən başlanan və 3 aya yaxın davam edən layihə çərçivəsində xanım sahibkarlar üçün “Uğur hekayəni yarat” təhsil və müsabiqə proqramı keçirilib. Proqram 2 kateqoriya üzrə baş tutub. Kiçik və Orta bizneslər və Mikro biznesləri əhatə edən kateqoriyada iştirak üçün 400-dən çox xanım sahibkar müraciət edib.
Bütün iştirakçılar She’s Next platformasında ödənişsiz onlayn mühazirə kursları keçmək imkanı əldə ediblər. Daha sonra layihənin şərtlərini uğurla tamamlayan – iştirakçı təcrübəli mentorların dəstəyi ilə final mərhələsinə hazırlanıb. Proqramın finalı 11 iyul 2025-ci ildə Bakıda keçirilib. Tədbir zamanı finalçılar layihələrini peşəkar münsiflər heyətinə təqdim ediblər. Təqdimatların nəticələrinə əsasən, hər iki kateqoriyada 3 nominasiya üzrə qalib ələn iştirakçılara bizneslərinin inkişafı üçün pul mükafatları təqdim edilib. Kiçik və Orta Bizneslər kateqoriyasında 3-cü yerin və 5000 manatın sahibi topdan və pərakəndə kosmetika, eləcə də məişət kimyası satışı ilə məşğul olan Cəmilə Quliyeva olub. “Bellabaci” kosmetika distribütor şirkətinin təsisçisi Gülarə Cumayeva isə 2-ci yerə və 10 000 manat mükafata layiq görülüb. 15 000 manat pul mükafatına və kateqoriyanın qalibi adına “Coffee 9bar” və “Street 9bar” biznesi ilə Türkan Eyyubova layiq görülüb.
Həmçinin oxuyun
Mikro Bizneslər kateqoriyası da sahibkar xanımların qalibiyyət uğrunda mübarizəsi ilə yadda qalıb. Qidalanma pozğunluğu mövzusunda təlimçi və məsləhətçi Şəlalə İbrahimova 5000 manatı qazanaraq layihənin 3-cü pilləsində qərar tutub. 2-ci yerə, həmçinin 10 000 manat pul mükafatına 2-6 yaş uşaqlar üçün inkişaf və təhsil proqramları üzrə ixtisaslaşmış təlim mərkəzinin təsisçisi Nigar Cəbiyeva sahib olub. Kateqoriyanın əsas mükafatını, yəni 15 000 manatı və qalib adını soyuq presləmə üsulu ilə təbii sabun istehsalı biznesinin, “Le miracle d'Asunta”-nın təsisçisi Asunta Adıgözəlova qazanıb.
Tədbirdə həmçinin Visa və Birbank Biznes Azərbaycanda ilk birgə ko-brend biznes kartı olan She's Next kartının istifadəyə verildiyi elan edilib. Sahibkar xanımlar üçün nəzərdə tutulan kart öz sahibinə bir-birindən maraqlı və faydalı imtiyazlar təqdim edir.
Sahibkarlığın inkişafına önəm verən Birbank Biznes Kapital Bank-ın əmtəə nişanı olaraq həm sahibkarların, həm də onların bizneslərinin inkişafına dəstək olur, biznes sahiblərinə innovativ və rahat məhsullar təqdim edir. Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://birbank.business/ saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.
09:20 / 11 Avqust 2025
Tıxacda maşını necə sürək ki, benzin az işlənsin?
2
09:10 / 11 Avqust 2025
İsmayıllıda maşın körpüdən aşıb yandı - Yaralılar var+ Video
7
09:00 / 11 Avqust 2025
Cəlilabadlı qadın kəndə hücum edən çaqqalı əlləri ilə öldürdü - Video
24
08:56 / 11 Avqust 2025
Zəlzələ Türkiyəni bu hala saldı - DRON GÖRÜNTÜLƏRİ YAYILDI
122
08:36 / 11 Avqust 2025
Bu yollara girməyin!
17
02:24 / 11 Avqust 2025
Türkiyədə güclü zəlzələ oldu - Ölən var - YENİLƏNİB - VİDEO - FOTO
64
23:57 / 10 Avqust 2025
Bu davranışlar gənc yaşda infarkta səbəb olur
73
23:27 / 10 Avqust 2025
Bakıda ŞOK! Arvad ərin başını kəsib? - VİDEO
2429
23:08 / 10 Avqust 2025
DYP əlini pəncərədən çölə çıxaran sürücülərin hansı halda cərimələnəcəyini AÇIQLADI
673
23:06 / 10 Avqust 2025
Avqust 3 BÜRC üçün 2025-ci ilin ən şanslı ayı olacaq
88
23:02 / 10 Avqust 2025
Dənizdə batan var
69
22:59 / 10 Avqust 2025
Boşanan cütlük 29 toyuğu bölüşdürə bilmədi - Məhkəmədə görün nə təklif etdilər
123
22:53 / 10 Avqust 2025
Türkiyədən son DƏQİQƏ XƏBƏRİ
187
22:37 / 10 Avqust 2025
Deputatın canlı efirdə dili topuq vurdu: “Zəngəzur dəhlizi səmərəsiz ərazidir” — VİDEO
483
22:16 / 10 Avqust 2025
İran prezidentindən Zəngəzur dəhlizi AÇIQLAMASI
1795
22:09 / 10 Avqust 2025
"Ağ Ev"ə gedən yol... Elə bilirsiniz asan olub?..
88
22:06 / 10 Avqust 2025
Ərdoğandan zəlzələ ilə bağlı ilk - Açıqlama
326
21:44 / 10 Avqust 2025
Türkiyədə güclü zəlzələ baş verib
656
21:40 / 10 Avqust 2025
Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan ilə Ermənistan arasında Birgə Bəyannamənin imzalanmasına münasibət bildirib
67
21:06 / 10 Avqust 2025
İlham Əliyevi kimlər təbrik ETDİ? - SİYAHI
2056
20:43 / 10 Avqust 2025
Hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
835
18:05 / 10 Avqust 2025
Volodimir Zelenski İlham Əliyevə zəng edi
221
17:45 / 10 Avqust 2025
Qəzzada ərzaq böhranı - Acından ölənlərin sayı artdı
84
16:30 / 10 Avqust 2025
Qazaxıstan Prezidenti Azərbaycan liderini təbrik edib
110
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.