Qaynar xətt:

(+99450) 247 90 86

Rəy yazdı, itkin düşən qadın tapıldı - YENİLƏNİB - FOTO

CƏMİYYƏT

1223

13.07.2025, 19:19

İsmayıllıda itkin düşən 1985-ci il təvəllüdlü Elnarə Kərimovanın yeri məlum olub.

 Oxu24.com xəbər verir ki bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında paylaşım edərək, sözügedən qadının tapılmasında vətəndaşın iştirak etdiyini bildirib.

E.Hacıyevin qadının axtarışı ilə bağlı paylaşımına yazılan şərh onun yerinin müəyyən olunmasında mühüm rol oynayıb:

"Bir rəylə İsmayıllıda may ayında itkin düşən qadının yeri polis əməkdaşları tərəfindən müəyyən olundu. Ona görə deyirik ki, biz birlikdə güclüyük! Vətəndaşa təşəkkür edirik".