Ramil Səfərovun xanımına bu VƏZİFƏ VERİLDİ
14 Dekabr 2025, 01:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1170
12.07.2025, 09:16
Oxu24.com xəbər verir ki, bu gün 2016-cı il aprel qələbələrinin qəhrəmanlarından biri, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, I Qarabağ müharibəsinin qazisi, 2016-cı ildə Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olan, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilən Raquf Orucovun doğum günüdür.
Raquf Orucov 1972-ci il 12 iyulda Ağdam rayonunun Cinli kəndində Raya və İbrahim Orucovların ailəsində anadan olub. Ailənin birinci övladı olan Raqufun özündən başqa üç qardaşı və bir bacısı var idi. 1990-cı ildə Sovet Qoşunlarında xidmət edən Raquf Orucov bir müddət sonra ordudan ayrılıb və çətin günlərdə Azərbaycan Ordusunun sıralarına qoşulub.
Erməni işğalçılarının Ağdam rayonunu atəşə tutması nəticəsində Raquf Orucovun dayısı Azər Rəhimov şəhid olub. Qanlı döyüşlərdə Azərbaycan ordusu nə qədər şücaət göstərsə də, 1993-cü ilin 12 iyun günündə Ağdam rayonunun Cinli kəndini işğal edilib. İşğal nəticəsində beş övlad anası olan Raya xanım namərd düşmən gülləsindən şəhid olub. Elə həmin ildəcə Raquf Orucov sənədlərini Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə verib, amma məktəbə qəbul ola bilməyib. Buna baxmayaraq o, ruhdan düşmədi və ertəsi il həmin məktəbə qəbul olub. Anasının qisasını ermənilərdən alacağı ümidilədə onun şərəfli hərbçi həyatı başlayıb.
Raquf Orucov 1999-cu ildə Sevinc Alızadə ilə ailə həyatı qurub; Aqşin və Nihad adında iki oğlu yadigar qalıb.
Raquf Orucov Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbində iki il ərzində lazımi biliklərə yiyələnib. 1996-cı ildə həmin məktəbi bitirən Raquf Orucov daha sonra Bakı şəhərində yerləşən hərbi hissələrin birinə təyinat alıb, amma gənc zabit ön cəbhədə olmağa üstünlük verib. 1996-cı ildə təyinatını düşmənlə üz-üzə dayanan Murovdağa aldı və kəçfiyyat bölüyünün komandiri kimi fəaliyyətini davam edib.
2016-cı ilin aprel ayının əvvəlində polkovnik-leytenant Raquf Orucov sonuncu döyüşünə qatılıb. Aprelin 5-də polkovnik-leytenant Raquf Orucov son mənzilə yola salınıb. Sumqayıt şəhərində baş tutan dəfn mərasiminə 10 000-dən çox insan, Müdafiə Nazirliyinin yüksək rutbəli zabitləri Sumqayıtın Şəhidlər Xiyabanında dəfn olunan Raquf Orucovun məzarının solunda 2014-cü il doyüşlərində şəhid olan əsgər Hüseyn Abdulov, sağında elə Aprel döyüşlərində şəhid olan Murad Məmmədov dəfn edilib. Həm Hüseyn Abdulov, həmdə Murad Məmmədov polkovnik-leytenant Raquf Orucovun əsgərləri idi.
TƏLTİFLƏRİ:
"Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı
"Hərbi xidmətlərə görə" medalı (1998) — "Hərbi xidmətlərə görə" medalı[2]
Həmçinin oxuyun
"Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı (2001) — "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı
"Qüsursuz xidmətə görə" I dərəcəli medalı (2003) — "Qüsursuz xidmətə görə" III dərəcəli medalı
"Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı (2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
"Qüsursuz xidmətə görə" II dərəcəli medalı (2008) — "Qüsursuz xidmətə görə" II dərəcəli medalı
"Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı (2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
"Qüsursuz xidmətə görə" II dərəcəli medalı (2013) — "Qüsursuz xidmətə görə" I dərəcəli medalı
"İgidliyə görə" medalı (2016) — "İgidliyə görə" medalı
01:21 / 14 Dekabr 2025
6
00:52 / 14 Dekabr 2025
159
00:43 / 14 Dekabr 2025
19
00:04 / 14 Dekabr 2025
66
23:47 / 13 Dekabr 2025
604
23:44 / 13 Dekabr 2025
34
23:30 / 13 Dekabr 2025
46
22:45 / 13 Dekabr 2025
286
22:30 / 13 Dekabr 2025
92
22:28 / 13 Dekabr 2025
104
22:22 / 13 Dekabr 2025
111
22:11 / 13 Dekabr 2025
230
21:58 / 13 Dekabr 2025
387
21:34 / 13 Dekabr 2025
1001
21:21 / 13 Dekabr 2025
80
21:19 / 13 Dekabr 2025
105
21:15 / 13 Dekabr 2025
76
21:02 / 13 Dekabr 2025
71
20:49 / 13 Dekabr 2025
371
20:44 / 13 Dekabr 2025
91
20:36 / 13 Dekabr 2025
79
20:26 / 13 Dekabr 2025
76
20:01 / 13 Dekabr 2025
281
19:53 / 13 Dekabr 2025
96
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.