Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanlı hərbi jurnalist vəfat etdi - FOTO

CƏMİYYƏT

1071

10.07.2025, 19:46

Hərbi jurnalist Gülbəniz Arifqızı vəfat edib.

Oxu24.com  oxu.az-a istinadla xəbər verir ki, o, uzun sürən onkoloji xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Gülbəniz Arifqızı 1991-ci ildən hərbi jurnalist olaraq Füzuli, Beyləqan, Ağdam, Cəbrayıl, Qubadlı, Xocavənd rayonlarında xidmət edib və "Ön cəbhəyə doğru" və "Ana" proqramlarında əsgərlərdən səsli müsahibələr hazırlayıb. 1992-ci ildən "Ordu" qəzeti və "Ədalət" qəzeti ilə əməkdaşlıq edib.

O, 1997-ci ildən ABŞ-də yaşayıb. Orada Azərbaycan Amerika Qadınlar Cəmiyyətini yaradıb.