Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan-Ermənistan delimitasiya prosesinin davam etdirilməsi üçün tapşırıq verilib 

CƏMİYYƏT

1031

10.07.2025, 15:25

Azərbaycan və Ermənistan arasında delimitasiya istiqamətində əməli işlər davam etdiriləcək.

Oxu24.com   xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistan Respublikasının Baş naziri arasında Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş görüşün yekunlarına dair mətbuat məlumatında bildirilib.

Qeyd edilib ki, sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər.