Qaynar xətt:

(+99450) 247 90 86

Qaz olmayacaq 

CƏMİYYƏT

913

10.07.2025, 08:51

Suraxanı rayonunun 2 qəsəbəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

"Azəriqaz"dan  Oxu24.com-a  verilən məlumata görə, “Bülbülə” və “Yeni Suraxanı” qaz kəmərlərinin 10.07.2025-ci il tarixində hava kompressoru vasitəsilə kipliyə sınaq olunması məqsədilə qaz təchizatı dayandırılacaq.

Suraxanı rayonunun Bülbülə və Yeni Suraxanı qəsəbələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.