Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan elminə ağır itki üz verib 

CƏMİYYƏT

1829

09.07.2025, 23:11

Fəlsəfə elmləri doktoru, professor Rəhman Bədəlov vəfat edib.

Onun qızı Heyran Qorçu APA-ya bildirib ki, Rəhman Bədəlov uzun sürən onkoloji xəstəlik səbəbindən 2 saat əvvəl dünyasını dəyişib.

Professorun nəşi sabah Əhmədli qəsəbəsindəki qəbiristanlıqda dəfn olunacaq.

Rəhman Bədəlov 1937-ci ildə Bakıda anadan olub. O, "Qəhrəmanlıq eposunun həqiqəti və bədiiliyi", "Birlikdə yaşamaq və ya İnsanlar demokratiyaya necə gəldi", "Zərdobalı adam: kino üçün sənədli fantaziya" kimi kitabların müəllifi olub. Bundan əlavə, dörd yüzdən çox elmi, maarifləndirici və publisistik məqalə yazıb.