Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Rusiya onu Azərbaycana deportasiya etdi 

CƏMİYYƏT

1833

09.07.2025, 21:45

Moskva vilayətindəki Azərbaycan diasporunun rəhbəri Elşən İbrahimov Rusiyadan deportasiya olunub.

Oxu24.com Rusiya mediasına  istinadən  xəbər verir   ki, İbrahimov Bakıya deportasiya olunmaq üçün artıq Şeremetyevo hava limanına aparılıb.

Bundan əvvəl  İbrahimov  Rusiya  vətəndaşlığından məhrum edilmişdi.

İbrahimov hva limanında Rusiya  mediasına  etiraf edib ki, Rusiyanı tərk etmək məcburiyyətində qaldığı üçün bir az qanı qaralıb.

O, gələcək planlarından danışmayıb. Azərbaycan diasporunun rəhbəri "Bunu zaman göstərəcək" deyərək sözlərinə yekun vurub.