Qaynar xətt:

(+99450) 247 90 86

Məhəmməd vəfat etdi - Atası ona dərman almağa gedərkən ölmüşdü 

CƏMİYYƏT

2845

09.07.2025, 17:11

Naxçıvanın Şərur rayonu Mahmudkənd kəndinin gənc sakini xəstəlikdən dünyasını dəyişib.

Oxu24.com  Unikal-a istinadla xəbər verir ki, 2008-ci il təvəllüdlü Məhəmməd Ramil oğlu Nəsirov uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib.

Mərhum Mahmudkənd qəbiristanlığında atasının məzarı yanında dəfn edilib.

M.Nəsirovun atası, 48 yaşlı Ramil Nəsirov isə bu ilin may ayının 27-də Türkiyədə qəzada ölüb.

Belə ki, övladına dərman almaq üçün gedən ata İğdır vilayətində baş verən avtoqəza nəticəsində həyatını itirib.