Qaynar xətt:

(+99450) 247 90 86

Qaz olmayacaq

CƏMİYYƏT

807

09.07.2025, 13:32

İyulun 11-də Astara rayonunun 4 yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq.

Bu barədə Oxu24.com  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, Astara rayonu ərazisində yerləşən “Ərçivan” qaz paylayıcı stansiyasından qidalanan və Səncərədi-Alaşa kəndlərini təbii qazla təmin edən, uzunluğu 2 100 metr olan orta təzyiqli qaz kəmərinin kipliyə sınağı keçiriləcək.

Bu məqsədlə iyulun 11-də saat 10:00-dan başlayaraq işlər başa çatanadək Səncərədi, Alaşa, Züngüləş və Bəndəsər kəndləri də daxil olmaqla ümumilikdə 4 yaşayış məntəqəsində 650 abonentin qaz təchizatının müvəqqəti olaraq dayandırılması planlaşdırılır.