Ramil Səfərovun xanımına bu VƏZİFƏ VERİLDİ
14 Dekabr 2025, 01:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1007
09.07.2025, 09:40
Günəşlənmək təkcə dəriyə gözəl bir tündlük vermək deyil, həm də sağlamlıq məsələsidir. Günəş altında həddindən artıq qalmaq dəri yanıqlarına, vaxtından əvvəl qocalmaya və dəri xərçəngi riskinin artmasına səbəb ola bilər.
Oxu24.com Lent.az-a istinadla xəbər verir ki, günəş altında təhlükəsiz qalma müddəti bir sıra amillərdən xüsusilə yaş və dərinin fototipindən asılıdır.
Günəşlənməyin ümumi təhlükəsizlik qaydaları
Yaşınızdan asılı olmayaraq, aşağıdakı ümumi qaydalara əməl etmək vacibdir:
Ən təhlükəli vaxt
Günorta saat 11:00-dan 16:00-a qədər birbaşa günəş şüalarından uzaq durun. Bu saatlarda günəş şüaları ən güclü və zərərli olur. Hətta buludlu havada belə, UV şüalarının 80%-ə qədəri dəridən keçə bilir.
Günəşdən qoruyan krem istifadə edin
Günəşə çıxmazdan 20-30 dəqiqə əvvəl SPF 30 və ya daha yüksək qoruma faktorlu krem çəkin. Hər 2 saatdan bir, çimdikdən və ya tərlədikdən sonra təzələyin.
Qoruyucu geyimlər geyinin
Geniş kənarlı papaqlar, gün eynəkləri, uzunqollu və uzunşalvarlı nazik geyimlər əlavə qoruma təmin edir.
Kifayət qədər su için
Günəş altında susuzluq tez baş verir. Su balansınızı daim qoruyun.
Tədricən alışın
Günəşlənməyə az vaxtla başlayın və dəri reaksiyanız müsbətdirsə, yavaş-yavaş artırın.
Dərmanlar
Həmçinin oxuyun
Antibiotik, hormon və ya digər dərmanlar qəbul edirsinizsə, onların günəşə qarşı həssaslıq yarada biləcəyini nəzərə alın.
Yaşa görə günəşlənmə müddətləri
Bu tövsiyələr ümumidir, lakin fərdi dəri xüsusiyyətləri də nəzərə alınmalıdır (məsələn, açıq dərili, açıq gözlü, qızılı saçlı insanlar günəş yanığına daha həssasdır).
30 yaşa qədər
Bu yaşda dərinin regenerasiya qabiliyyəti daha yüksək olur. Amma bu, təhlükəsizlik qaydalarını unudacağınız anlamına gəlmir.
Günə 10-15 dəqiqə ilə başlayın. Dəri yaxşı reaksiya verərsə, 30-40 dəqiqəyə qədər artırmaq mümkündür, lakin daha çox deyil. Vaxtı 2-3 qısa seansa bölün, aralarda kölgədə dincəlin. Ən uyğun vaxt: səhər saat 11-dən əvvəl və axşam 16-dan sonra. Boyun və dekolte nahiyəsi həmişə qorunmalıdır.
30-40 yaş arası
Bu dövrdə dəri elastikliyini itirməyə başlayır və fotoyaşlanma riski artır. Günəşdə birbaşa qalma müddəti 30 dəqiqədən çox olmamalıdır.
Ən ideal: 10-15 dəqiqəlik qısa seanslar.
SPF 30-50 arası qoruyucu krem istifadə edin.
Üz, boyun və dekolte zonalarına xüsusi diqqət yetirin.
40-50 yaş arası
Bu yaşda dəri UV şüalarına daha həssas olur. Piqment ləkələri və qırışların yaranma riski artır. Günəş altında birbaşa qalma müddətini 15-20 dəqiqə ilə məhdudlaşdırın. Xüsusilə günəşin ən güclü olduğu saatlarda kölgədə qalmaq tövsiyə olunur. SPF 50+ qoruyucu kremlərdən istifadə edin. Geniş papaqlar, uzunqollu və nazik paltarla bədəninizi qoruyun. Gün eynəkləri taxmağı unutmayın.
Fərdi xüsusiyyətləri nəzərə alın
Hətta bu normaya əməl etdiyiniz halda belə, dərinizin reaksiyasını izləyin. Əgər azacıq da olsa qızartı, yanma və ya narahatlıq hiss edirsinizsə dərhal kölgəyə keçin.
01:21 / 14 Dekabr 2025
213
00:52 / 14 Dekabr 2025
258
00:43 / 14 Dekabr 2025
85
00:04 / 14 Dekabr 2025
126
23:47 / 13 Dekabr 2025
729
23:44 / 13 Dekabr 2025
44
23:30 / 13 Dekabr 2025
54
22:45 / 13 Dekabr 2025
317
22:30 / 13 Dekabr 2025
98
22:28 / 13 Dekabr 2025
115
22:22 / 13 Dekabr 2025
124
22:11 / 13 Dekabr 2025
244
21:58 / 13 Dekabr 2025
404
21:34 / 13 Dekabr 2025
1067
21:21 / 13 Dekabr 2025
84
21:19 / 13 Dekabr 2025
113
21:15 / 13 Dekabr 2025
82
21:02 / 13 Dekabr 2025
75
20:49 / 13 Dekabr 2025
379
20:44 / 13 Dekabr 2025
97
20:36 / 13 Dekabr 2025
86
20:26 / 13 Dekabr 2025
81
20:01 / 13 Dekabr 2025
288
19:53 / 13 Dekabr 2025
101
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.