Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda bu xəstəliyə yoluxma sayı artdı - RƏSMİ 

CƏMİYYƏT

669

08.07.2025, 21:58

Bu ilin ilk beş ayında suçiçəyinə 17 min 595 yoluxma halı aşkarlanıb.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd olunub ki, bu ilin yanvar - may aylarındakı yoluxma ötən ilin müvafiq dövrü il müqayisədə 2 189 nəfər çoxdur.

İlin ilk beş ayında suçiçəyinə yoluxanlardan 9 min 190-ı kişi, 8 min 405-i isə qadındır. Xəstəliyə yoluxanlardan 15 min 602 nəfəri 17 yaşadək, 1 993 nəfəri isə 18 və yuxarı yaşda olan insanlardır.