Ramil Səfərovun xanımına bu VƏZİFƏ VERİLDİ
14 Dekabr 2025, 01:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
980
08.07.2025, 14:53
Hava məkanından istifadə və uçuş Qaydaları təsdiqlənib.
Oxu24.com-un xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Azərbaycan Respublikasında hava məkanının bütün istifadəçiləri (o cümlədən Azərbaycan Respublikasında qeydiyyata alınmış hava gəmisinin istismarçıları) bu Qaydaların tələblərini yerinə yetirməlidirlər. Uçuşların təşkili və yerinə yetirilməsi, hava hərəkətinin idarə olunması ilə məşğul olan subyektlər tərəfindən dərc edilən müvafiq sənədlər (əmr, sərəncam, təlimat və s.) bu Qaydaların tələblərinə uyğun olmalıdır.
Bu Qaydalar Azərbaycan Respublikasının hava məkanında uçuşların yerinə yetirilməsini tənzimləyir. Dövlət eksperimental və dövlət aviasiyasının uçuşları Müdafiə Nazirliyinin müəyyən etdiyi əlavə qaydalarla da tənzimlənir. Azərbaycan Respublikasına mənsub hava gəmisinin xarici dövlətin ərazisi üzərində uçuşları həmin dövlətin müvafiq qaydaları ilə, hər hansı dövlətin qanuni nəzarətindən kənar ərazi üzərindən uçuşları isə beynəlxalq qaydalara əsasən tənzimlənir. Hava gəmisi uçuşda və ya aerodromun hərəkət sahəsində olduqda ümumi qaydalara və əlavə olaraq uçuş zamanı vizual uçuş qaydalarına və ya cihaz üzrə uçuş qaydalarına uyğun idarə edilməlidir. Komanda verən pilot vizual meteoroloji şəraitdə cihaz üzrə uçuş qaydalarına riayət etməklə, uçuşu seçə bilər və ya müvafiq ATS orqanı bunun yerinə yetirilməsini ondan tələb edə bilər.
Komanda verən pilot uçuş zamanı hava gəmisinin bu Qaydalara uyğun idarə edilməsi üçün məsuliyyət daşıyır və müstəsna hallarda təhlükəsizlik baxımından tamamilə zəruri olan şəraitdə bu Qaydalardan kənara çıxa bilər.
Həmçinin oxuyun
Komanda verən pilot vəzifə borclarını malik olduğu səlahiyyətə uyğun olaraq yerinə yetirir. Uçuşa başlamazdan əvvəl komanda verən pilot nəzərdə tutulan uçuşa dair bütün mövcud məlumatlarla tanış olmalıdır. Uçuşqabağı hazırlıq aerodrom rayonundan kənarda və bütün IFR uçuşlar üçün mövcud hava haqqında məlumatların və proqnozların diqqətlə öyrənilməsini, uçuşu planlaşdırıldığı kimi yerinə yetirmək mümkün olmadıqda, yanacaq ehtiyatına olan tələbləri nəzərə alaraq alternativ planın təyin edilməsini əhatə etməlidir.
Uçuşların təhlükəsizliyi ilə bağlı fəaliyyəti həyata keçirən şəxslərə alkoqollu içki, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları və ya uçuşların təhlükəsizliyinə təsir göstərə bilən dərman vasitələrinin təsiri altında olan zaman öz vəzifə borcunu yerinə yetirməyə yol verilmir.
Hava gəmisi digər şəxslərin həyatına və ya əmlakına təhlükə törədə biləcək etinasız və ya ehtiyatsız tərzdə idarə edilməməlidir. İcazə verilən hallar və ya uçub-qalxma, yerə enmə istisna olmaqla, hava gəmisinin şəhər, qəsəbə və ya insanların sıx toplaşdığı açıq ərazilər üzərində qəza şəraiti yaranan zaman yerdəki şəxslərə və ya əmlaka təhlükə törətmədən yerə enməsini təmin edən hündürlükdən aşağı uçuşlarına yol verilmir.
Uçuşun və ya uçuşun bir hissəsinin yerinə yetiriləcəyi kreyser hündürlükləri aşağıdakı kimi olmalıdır:
- istifadə oluna bilən ən aşağı uçuş səviyyəsində və ya həmin səviyyədən yuxarıda və ya uyğun olduqda keçid hündürlüyündən yuxarıda uçuşlar üçün uçuş eşelonları;
- istifadə oluna bilən ən aşağı uçuş səviyyəsindən aşağıda və ya mümkün olduqda, keçid səviyyəsi və ya həmin səviyyədən aşağı olan hündürlükdə yerinə yetirilən uçuşlar üçün mütləq hündürlüklər.
- Dövlət, eksperimental və mülki aviasiyaya münasibətdə aşağıdakılar nəzərə alınmalıdır:
- dövlət eksperimental və dövlət aviasiyasına münasibətdə MN, mülki eksperimental və mülki aviasiyaya münasibətdə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – RİNN) tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi (Agentlik) tərəfindən qoyulan şərtlər və müvafiq hava hərəkətinə xidmət məntəqəsindən verilən məlumat, məsləhət və (və ya) icazə halları istisna olmaqla, uçuş zamanı hava gəmisindən aşağı heç nə atılmamalı və ya səpilməməlidir;
- dövlət eksperimental və dövlət aviasiyasına münasibətdə MN, mülki eksperimental və mülki aviasiyaya münasibətdə RİNN tərəfindən qoyulan tələblərə uyğun hallar və müvafiq hava hərəkətinə xidmət məntəqəsindən verilən məlumat, məsləhət və (və ya) icazə halları istisna olmaqla, heç bir hava gəmisi və ya digər obyekt hava gəmisi tərəfindən yedəyə alınmamalıdır;
- dövlət eksperimental və dövlət aviasiyasına münasibətdə MN, mülki eksperimental və mülki aviasiyaya münasibətdə RİNN tərəfindən qoyulan şərtlərə əsasən və müvafiq hava hərəkətinə xidmət məntəqəsindən verilən məlumat, məsləhət və (və ya) icazə halları istisna olmaqla, qəza enmələrindən başqa paraşütlə enmələr həyata keçirilməməlidir;
- dövlət eksperimental və dövlət aviasiyasına münasibətdə MN, mülki eksperimental və mülki aviasiyaya münasibətdə RİNN tərəfindən qoyulan şərtlər və müvafiq hava hərəkətinə xidmət məntəqəsindən verilən məlumat, məsləhət və (və ya) icazə halları istisna olmaqla, heç bir hava gəmisi yüksək pilotaj fiqurlu uçuşlar yerinə yetirməməlidir.
01:21 / 14 Dekabr 2025
213
00:52 / 14 Dekabr 2025
258
00:43 / 14 Dekabr 2025
85
00:04 / 14 Dekabr 2025
126
23:47 / 13 Dekabr 2025
729
23:44 / 13 Dekabr 2025
44
23:30 / 13 Dekabr 2025
54
22:45 / 13 Dekabr 2025
317
22:30 / 13 Dekabr 2025
98
22:28 / 13 Dekabr 2025
115
22:22 / 13 Dekabr 2025
124
22:11 / 13 Dekabr 2025
244
21:58 / 13 Dekabr 2025
404
21:34 / 13 Dekabr 2025
1067
21:21 / 13 Dekabr 2025
84
21:19 / 13 Dekabr 2025
113
21:15 / 13 Dekabr 2025
82
21:02 / 13 Dekabr 2025
75
20:49 / 13 Dekabr 2025
379
20:44 / 13 Dekabr 2025
97
20:36 / 13 Dekabr 2025
86
20:26 / 13 Dekabr 2025
81
20:01 / 13 Dekabr 2025
288
19:53 / 13 Dekabr 2025
101
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.