"Sədərək" ticarət mərkəzində yanğında 13 nəfər tüstüdən zəhərlənib
25 Avqust 2025, 10:37
Qaynar xətt:
(+99450) 247 90 86Xaricdən məhsul gətirənlərin NƏZƏRİNƏ: Qaydalar dəyişir
CƏMİYYƏT
246
06.07.2025, 16:10
Xaricdən şəxsi istifadə üçün mal gətirənlərə dair yeni qayda tətbiq olunacaq. Bu, Gömrük Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişiklik fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi ilə bağlı yaranacaq gömrük ödənişləri ilə əlaqədardır. Maraqlıdır, yeni qaydalar nəyi dəyişəcək və hansı zərurətdən hazırlanıb?
RegionXəbərləricom.az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:
Vəsaitlərin hərəkətini izləmək
Millət vəkili Vüqar Bayramov "Kaspi"yə açıqlamasında bildirib ki, dəyişikliklərin əsas məqsədi ödənişlərdə şəffaflığı təmin etmək və vəsaitlərin hərəkətini izləməkdir: "Söhbət, təbii ki, Dövlət Gömrük Komitəsinə və dövlət büdcəsinə yönəlik ödənişlərdən gedir. Prinsipcə, vəsaitin hansı mənbədən ödənilməsinin fiskal baxımdan ciddi fərqi olmaya bilər. Lakin şəffaflıq və çirkli pulların yuyulmasına qarşı mübarizə baxımından bu ödənişlərin birbaşa məsul və ya öhdəlik daşıyan şəxs tərəfindən həyata keçirilməsi olduqca vacibdir".
Çirkli pulların yuyulmasına qarşı mübarizədə effektiv alət
Millət vəkili vurğulayır ki, bu yanaşma Avropa İttifaqı da daxil olmaqla, bir sıra inkişaf etmiş ölkələrdə artıq tətbiq olunur: "Yeni sistem ödəniş prosesini daha izlənilə bilən edir, şəffaflığı artırır və çirkli pulların yuyulmasına qarşı mübarizədə effektiv alətə çevrilir. Vətəndaşlar üçün bu, sadəcə texniki yenilik deyil - həmçinin fiskal intizamın güclənməsi, dövlət gəlirlərinin şəffaf şəkildə idarə olunması və ümumilikdə daha sağlam maliyyə mühitinin formalaşması baxımından mühüm addımdır".
Limitlər ödənilmədiyi halda yaranan məsuliyyət
İqtisadçı-ekspert Asif İbrahimov deyir ki, qanuna təklif olunan dəyişiklik limitlər ödənilmədiyi halda yaranan məsuliyyət məsələlərini tənzimləməyi nəzərdə tutur: "Bu məsələ fiziki şəxslərin şəxsi istifadə üçün, yəni kommersiya məqsədilə gətirmədiyi mallara şamil olunur. Bildiyiniz kimi, daha əvvəl bu istiqamətdə müəyyən limitlər təyin olunmuşdu. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, həmin limit çərçivəsində mallar gömrük rüsumundan azad edilirdi. Hazırda isə qanuna təklif olunan dəyişiklik həmin limitlər ödənilmədiyi halda yaranan məsuliyyət məsələlərini tənzimləməyi nəzərdə tutur. Yəni bu halda fiziki şəxs zəmanət təqdim etməli, bank təminatı göstərməli və digər mexanizmlərlə öhdəliklərini təsdiqləməlidir. Bu yanaşma beynəlxalq təcrübəyə uyğunlaşdırılmış addım kimi qiymətləndirilə bilər və dünyanın bir çox ölkəsində tətbiq olunur".
Bəs hüquqi tərəfdən bu dəyişiklik vətəndaşda hansı öhdəlikləri yaradır?
Ölkəyə gətirilən mallara münasibətdə yeni hüquqi rejim
Həmçinin oxuyun
"Nota Bene Consulting" MMC-nin direktoru, vəkil Roman Qaraşov deyir ki, sözügedən dəyişikliklər, əslində, gömrük borcunun ödənilməsi və ya onun təmin edilməsi mexanizminin institusional şəkildə yenidən tənzimlənməsinə yönəlib. Bu isə gömrük öhdəliklərinin yerinə yetirilməsində həm fiskal tələblərin, həm də fiziki şəxslərin hüquqlarının balanslaşdırılması cəhdidir: "Gömrük Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən, şəxsi istifadə üçün mal gətirən fiziki şəxslər gömrük borcunu ya birbaşa ödəməklə, ya da Gömrük Məcəlləsinin 258.1-ci maddəsində nəzərdə tutulmuş alternativ təminat alətləri vasitəsilə yerinə yetirə bilərlər. Bu təminat formalarına girov, bank zəmanəti, gömrük orqanının depozit hesabına ödəniş, sığorta müqaviləsi, üçüncü şəxsin zaminliyi, avans ödənişi daxildir. Bu alətlər, əslində, ümumdünya gömrük hüququnda tanınan təminat mexanizmləridir və Avropa İttifaqının Gömrük Məcəlləsi, Ümumdünya Gömrük Təşkilatının Kioto Konvensiyası və digər beynəlxalq hüquqi sənədlərdə də geniş tətbiq olunur".
Vəkil bildirir ki, vətəndaşların gömrük qərarlarından narazı qaldıqda istifadə edə biləcəyi müdafiə vasitələri inzibati və məhkəmə qaydasında tənzimlənir: "İnzibati müstəvidə gömrük qərarından narazı qalan şəxs həmin qərarı yuxarı gömrük orqanında şikayət edə bilər. Məhkəmə müstəvisində isə həmin qərar inzibati məhkəməyə təqdim olunaraq hüquqi mübahisənin məhkəmə nəzarəti qaydasında baxılması ilə mümkündür".
Fiziki şəxsin hüquqları necə qorunur?
"Gömrük orqanlarının malları saxlaması halında fiziki şəxsin hüquqları necə qorunur" sualına gəldikdə isə, vəkil bildirir ki, fiziki şəxslərin hüquqları bir neçə əsas prinsip əsasında qorunmalıdır: "Mülkiyyət toxunulmazlığı - Konstitusiya və AİHM-in 1 saylı Protokolu, mübahisəyə dair məlumatlandırma hüququ, təqsirsizlik prezumpsiyası və mütənasiblik prinsipi ilə qorunur. Müdaxilə yalnız hüquqi əsas olduqda və zəruri hallarda tətbiq oluna bilər. İkincisi, saxlanılan malların təhlükəsizliyi və geri qaytarılması ilə bağlı məsuliyyətdir. Gömrük orqanı saxlanılan mallara görə məsuliyyət daşıyır. Əgər malların saxlanması əsassız və ya prosedur qaydalarına zidd həyata keçirilibsə, fiziki şəxs kompensasiya tələbi ilə mülki iddia qaldıra bilər".
Vətəndaşlar üçün maliyyə çevikliyi
Dəyişikliyin müsbət tərəflərindən danışan həmsöhbətimiz vurğulayır ki, yeni qaydalar gömrük öhdəliklərinin təmin olunmasında alternativ alətlərin tətbiqini mümkün edir və bu da vətəndaşlar üçün maliyyə çevikliyi yaradır: "Eyni zamanda, ödənişlərin üçüncü şəxslər tərəfindən həyata keçirilməsi hüquqi plüralizmə şərait yaradır və sosial dəstək sisteminin hüquqi təzahürü kimi çıxış edir. Bundan əlavə, gömrük idarələrinin fəaliyyətində risk əsaslı yanaşmanın tətbiqi sayəsində vətəndaşlara qarşı əsassız nəzarət və müdaxilələrin qarşısı alınır. Bu isə həm şəffaflığın artırılmasına, həm də vətəndaş məmnuniyyətinin yüksəlməsinə xidmət edir".
Əlçatanlıq problemi, sui-istifadə riski
Mənfi nəticələrə toxunan R.Qaraşov qeyd edir ki, təminat mexanizmlərinin tətbiqində maliyyə resursları olmayan şəxslər üçün bu dəyişikliklər əlçatanlıq problemini yarada bilər: "Eyni zamanda prosedurların qeyri-müəyyənliyi və gömrük orqanlarına verilmiş geniş səlahiyyətlər sui-istifadə riskini artırır. Normativ mexanizmlərin tətbiqi zamanı insan hüquqlarının qorunmasına dair effektiv nəzarət mexanizmlərinin olmaması isə hüquqi ziddiyyətlərə səbəb ola bilər".
12:14 / 25 Avqust 2025
Gəlininə tamah salan qayınata oğlunu öldürdü, sümükləri 14 il sonra tapıldı - VİDEO
1
12:07 / 25 Avqust 2025
Gizli morqun qapısı arxasında 20 çürümüş cəsəd tapıldı
6
12:01 / 25 Avqust 2025
Rusiya erməni məhsullarına qadağa QOYUB?-AÇIQLAMA
9
11:56 / 25 Avqust 2025
Prezident qəbul KEÇİRİB
11
11:49 / 25 Avqust 2025
Prezidentdən Səfərbərlik Xidməti ilə bağlı FƏRMAN
89
11:46 / 25 Avqust 2025
Kamran Əliyev vətəndaş qəbulu keçirəcək
19
11:34 / 25 Avqust 2025
Prezident sərəncam İMZALADI
251
10:40 / 25 Avqust 2025
ABŞ və Fransa arasında qalmaqal
24
10:37 / 25 Avqust 2025
"Sədərək" ticarət mərkəzində yanğında 13 nəfər tüstüdən zəhərlənib
29
10:29 / 25 Avqust 2025
Müdafiə Nazirliyi partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır
135
10:28 / 25 Avqust 2025
ABŞ Cənubi Koreya ilə birgə hərbi təlimlər üçün F-35-ləri göndərir
26
10:20 / 25 Avqust 2025
10 nəfərin meyiti təhvil verilib - FHN AÇIQLAMA YAYDI
825
10:13 / 25 Avqust 2025
Bu ərazilərdə İŞIQ OLMAYACAQ
33
09:50 / 25 Avqust 2025
Bu nahiyəyə qəti ətir vurmayın
49
09:40 / 25 Avqust 2025
Qaxda xadimə işləyən qadın 37 yaşında tələbə oldu - Video
41
09:35 / 25 Avqust 2025
Bu yollara GİRMƏYİN!
31
09:33 / 25 Avqust 2025
Rubl neçəyədir? - MƏZƏNNƏ
190
09:30 / 25 Avqust 2025
Gəncədə 29 yaşlı şəxs bıçaqlandı
34
09:20 / 25 Avqust 2025
Qətlə yetirilən Əfsanənin FOTOsu
51
09:10 / 25 Avqust 2025
Rusiya Gürcüstandan kartof idxalını dayandırdı
51
09:09 / 25 Avqust 2025
“Sədərək” ticarət mərkəzindəki yanğın davam edir
216
09:00 / 25 Avqust 2025
Bakıda avtobusda əlbəyaxa dava - VİDEO
142
08:55 / 25 Avqust 2025
Oğul dərdi hər ikisini bu dünyadan nakam apardı : Nailə-Hikmət Mirməmmədlilərin HƏYATI
751
08:50 / 25 Avqust 2025
21 Ukrayna PUA-sı vuruldu
40
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.