Sabahın havası AÇIQLANDI
13 Avqust 2025, 13:31
Qaynar xətt:
(+99450) 247 90 86İlham Əliyevin Zirvə görüşündə çıxışının - Tam mətni
CƏMİYYƏT
232
04.07.2025, 14:53
Xəbər verdiyimiz kimi, Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir.
Prezident İlham Əliyev Zirvə görüşündə çıxış edib.
***
Prezident İlham Əliyevin çıxışı:
- Hörmətli dövlət və hökumət başçıları.
Hörmətli Zirvə görüşünün iştirakçıları.
İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün qədim Azərbaycan torpağı olan Qarabağa, Xankəndiyə xoş gəlmisiniz.
Qazaxıstana ECO-ya uğurlu sədrliyi münasibətilə təşəkkürümü bildirirəm.
Azərbaycan artıq üçüncü dəfədir ki, ECO-nun Zirvə görüşünə ev sahibliyi edir. Əvvəlki iki zirvə görüşü 2006-cı və 2012-ci illərdə paytaxt Bakıda keçirilmişdir.
Bugünkü Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var. Ermənistanın işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilmişdir. Şuşada 2023-cü ildə ECO-nun Nazirlər Şurasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və Laçında bu ilin may ayında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü qeyd etmək istərdim.
Bu gün isə ECO-nun Zirvə görüşü Xankəndidə, yeni inşa edilmiş Konqres Mərkəzində keçirilir.
Hazırda işğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır.
Ermənistan Azərbaycan ərazilərinin təxminən 20 faizini 30 ilə yaxın işğal altında saxlamış, etnik təmizləmə həyata keçirmiş, bir milyondan artıq soydaşımızı öz dədə-baba torpağından didərgin salmışdır.
Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmamışdır. Dəfələrlə Ermənistana və onun arxasında duran dövlətlərə bildirirdik ki, əgər Ermənistan öz xoşu ilə işğal edilmiş torpaqlardan çıxmazsa, biz hərbi yolla öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Əfsuslar olsun ki, Ermənistan və onun havadarları bizim bu xəbərdarlığımızı ciddi qəbul etməyiblər. Nəticədə, peşman olublar.
2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ermənistanı döyüş meydanında darmadağın edərək 300-dən çox şəhər və kəndi azad etdi. Ermənistan 10 noyabr 2020-ci il tarixində kapitulyasiya aktı imzalamağa məcbur oldu.
İşğal dövründə Ermənistan şəhər və kəndlərimizi, mədəni və dini abidələrimizi yer üzündən silmişdir. 67 məsciddən 65-i Ermənistan tərəfindən yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb, donuz və inək tövləsi kimi istifadə edilib. Bu, İslam dininə və dünya müsəlmanlarına qarşı hörmətsizlik və təhqir idi.
Qəbiristanlıqlar da vandalizmə məruz qalıb, dağıdılıb, qəbir daşları talanaraq Ermənistana aparılıb.
Dövlət qurumlarından ibarət komissiya öz işinə xarici ekspertləri cəlb edərək, beynəlxalq təcrübədən yararlanmaqla işğal nəticəsində Azərbaycana vurulmuş zərəri təxminən 150 milyard ABŞ dolları məbləğində qiymətləndirmişdir.
Ermənistan torpaqlarımızda bir milyondan çox mina basdırıb. Vətən müharibəsindən bu günə qədər 400-ə yaxın soydaşımız mina partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb.
İndi Azərbaycan Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa edir. “Böyük qayıdış” proqramı icra edilir. Bu günə qədər 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışını təmin etmişik. Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır.
Həmçinin oxuyun
Ermənistandan deportasiya olunmuş qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi də böyük əhəmiyyət kəsb edir. Keçən ay İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasında bütün 57 üzv ölkənin yekdil qərarı ilə Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin qəbul olunmasını yüksək qiymətləndiririk.
Bu qətnamə ilə yanaşı, Nazirlər Şurasının yekunlarına dair “İstanbul Bəyannaməsi”ndə indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların geri qayıdış hüququ təsdiqlənir və Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsi qınanılır.
Qərbi azərbaycanlıların sülh yolu ilə Ermənistandakı öz dədə-baba torpağına qayıdışının təmin edilməsi sahəsində səylər bundan sonra da davam etdiriləcək.
Xanımlar və cənablar,
Azərbaycan ECO-nun işində həmişə fəal iştirak etmişdir. ECO-ya üzv ölkələrlə əlaqələrimiz uğurla inkişaf edir.
Keçən il tarixdə ilk dəfə olaraq ECO məkanında COP29 konfransı keçirilmişdir. Bu konfransda 197 ölkə, 70 dövlət və hökumət başçısı iştirak etmiş, 77 min şəxs qeydiyyatdan keçmişdir.
Konfransda əldə edilmiş əsas nailiyyətlər inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılması, İtki və Zərər Fondunun işlək vəziyyətə gətirilməsi və karbon bazarları barədə razılaşmalardan ibarət olmuşdur.
Azərbaycanın təşəbbüsü ilə bu il ilk dəfə ECO Həftəsi keçirilir. Şuşada ECO-nun Biznes Forumu, Ağdamda Gənclər Forumu, Laçında isə Qadınlar Forumu təşkil edilmişdir. Forumda iştirak etmiş nümayəndələr bu gün burada görülmüş işlərlə bağlı məruzələr təqdim edəcəklər.
ECO-nun Azərbaycanda yerləşəcək Tədqiqat Mərkəzinin və Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlamasının təmin edilməsi istiqamətində işlər davam edir.
2026-cı ilin Şuşa şəhərinin ECO-nun Turizm paytaxtı elan edilməsinə görə təşəkkürümü bildirirəm.
İqtisadi sahədə əməkdaşlığı dərinləşdirmək üçün bu gün müzakirə ediləcək məsələlər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycana gəldikdə, bizim ölkəmizdə çox müsbət sərmayə iqlimi vardır. Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarına yaxın sərmayə qoyulmuşdur ki, bunun da yarısı xarici sərmayədir.
Bu gün Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir və müxtəlif qaz boru kəmərləri vasitəsilə 12 ölkəyə təbii qaz ixrac edir. Bu göstəriciyə görə, biz dünyada ön sıralardayıq.
Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan üzərindən keçir və ECO-ya üzv ölkələrin əksəriyyəti bu dəhlizlərdən istifadə edir.
Əziz dostlar,
Əminəm ki, bugünkü müzakirələrimiz səmərəli olacaq və ölkələrimiz arasında əməkdaşlığın daha da inkişafına öz müsbət töhfəsini verəcək.
Sağ olun.
***
Sonra Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Zirvə görüşündə çıxış edib.
20:40 / 13 Avqust 2025
Putin onu qəbul etdi
16
17:50 / 13 Avqust 2025
Ukrayna 500 milyon avro alacaq
26
16:30 / 13 Avqust 2025
ABŞ İsveçrənin neytrallıq siyasətinə şübhə etməyə başladığını bildirib
58
16:20 / 13 Avqust 2025
Tramp onları böyük insanlar adlandırdı
60
15:25 / 13 Avqust 2025
İqtisadçı Orbanın Ukraynanın bir gündə dağılması ilə bağlı dediklərini şərh edib
67
15:17 / 13 Avqust 2025
Maşın ayı balasını vurub öldürdü
73
14:47 / 13 Avqust 2025
Elza-Roza məhkəməsinin ŞOK DETALLARI: Kim qalib gəldi?
351
14:44 / 13 Avqust 2025
Nəcməddin Sadıkov Türkiyədə dindirilib?
92
14:13 / 13 Avqust 2025
Fil onunla selfi çəkdirmək istəyən şəxsi tapdaladı
135
13:57 / 13 Avqust 2025
Prezident bu Nazirliyin səlahiyyətlərini artırdı
2300
13:52 / 13 Avqust 2025
İnterpolun axtardığı şəxs Türkiyədə tutuldu
74
13:45 / 13 Avqust 2025
Paşinyan Aİİ-nin tədbirinə qatılmayacaq
81
13:41 / 13 Avqust 2025
Zaxarova açıqladı: Adamişin öldü
80
13:31 / 13 Avqust 2025
Sabahın havası AÇIQLANDI
303
13:05 / 13 Avqust 2025
İlham Əliyev Fərman İMZALADI
359
13:02 / 13 Avqust 2025
Kanada ukraynalıları İranın vurulan təyyarəsinin pulunu ödəməyə məcbur edir
232
12:59 / 13 Avqust 2025
Estoniya rusiyalı diplomatı ölkədən çıxarır
89
12:40 / 13 Avqust 2025
Ana evə gələrkən azyaşlı qızını yarıçılpaq vəziyyətdə görüb — Bakıda qandonduran CİNAYƏT (VİDEO)
1760
12:34 / 13 Avqust 2025
Balıkəsirdə zəlzələdə uçan binanın sahibi həbs edilib
74
12:28 / 13 Avqust 2025
Tramp-Putin görüşündə əlavə kim olacaq?
245
12:27 / 13 Avqust 2025
Evdən 6 min manat oğurlanıb
87
12:11 / 13 Avqust 2025
Peyk görüntüləri YAYILDI - Putinin iqamətgahı BELƏ QORUNUR
565
12:07 / 13 Avqust 2025
Pensiyalar verildi
90
11:46 / 13 Avqust 2025
Filippo: Tramp Putinlə görüşdən əvvəl AB-nin Ukrayna ilə bağlı planını məhv etdi
80
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.