Dənizdə ölənlər var
27 İyul 2025, 20:21
Qaynar xətt:
(+99450) 247 90 8610 illik rəqəmsal yol – “AzInTelecom”
CƏMİYYƏT
96
02.07.2025, 10:58
Azərbaycanın rəqəmsal inkişafına töhfə verən qurumlardan biri – “AzInTelecom” MMC-nin təsis edilməsindən 10 il ötür. Keçən müddət ərzində “AzInTelecom” həm dövlət, həm də özəl sektor üçün innovativ həllər təqdim etməklə ölkənin İKT sektorunda etibarlı şirkət kimi yer alıb.
“AzInTelecom” MMC 2015-ci ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeli qurumu kimi yaradılıb, 2021-ci ildə Məlumat Hesablama Mərkəzi ilə birləşdirilərək strukturu yenidən təşkil olunub. Qurum 2024-cü ildən etibarən Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərir. “AzInTelecom” fəaliyyətinin ilk illərində daha çox “bulud” xidmətləri və beynəlxalq səs trafiki üzrə ixtisaslaşsa da, hazırda bir sıra fəaliyyət istiqamətinə malikdir.
Foto 1
“Bulud” texnologiyaları ilə güclənən rəqəmsal infrastruktur
“AzInTelecom” MMC-nin fəaliyyətinin əsas istiqamətlərindən biri Azərbaycanda rəqəmsal infrastrukturun qurulması və inkişaf etdirilməsidir. Ölkənin ən böyük “bulud” provayderi olan “AzInTelecom” 2019-cu ildə Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış “Hökumət “buludu” layihəsini də icra edən qurumdur.
“AzInTelecom”a məxsus Bakı Əsas (2015) və Yevlax Ehtiyat data mərkəzlərində (2022) 250-dən çox quruma müxtəlif “bulud” xidmətləri göstərilir. Onların 130-dan çoxu “Hökumət “bulud”u” layihəsi çərçivəsində öz İT infrastrukturunu data mərkəzlərinə yerləşdirən dövlət qurumudur. Burada məqsəd dövlətin informasiya texnologiyalarını mərkəzləşdirmək, təhlükəsizliyi artırmaq və xərcləri optimallaşdırmaqdır. Beynəlxalq standartlara (TIER 3 sertifikatlı) uyğun qurulan bu mərkəzlər dövlət qurumları və özəl sektor üçün məlumatların təhlükəsiz şəkildə saxlanılması və emalını təmin edir.
Qurum tərəfindən fərdlər, eləcə də kiçik və orta bizneslər üçün “bulud” xidmətlərinə rahat əlçatanlıq formalaşdırmaq məqsədilə 2024-cü ildə “AzInCloud” adlı yeni platforma da istifadəyə verilib. Platforma hansısa fiziki sənəd və müqaviləyə ehtiyac olmadan istifadəçiyə öz “bulud” xidmətlərini sərbəst şəkildə əldə etmək imkanı təqdim edir.
Ötən ilin sonlarında isə Azərbaycanda daha iki yeni Data Mərkəzinin inşası üçün Avropa İnvestisiya Bankı (AİB) tərəfindən “AzInTelecom”a 43 milyon avro kredit ayrılıb. Bu, AİB tərəfindən Azərbaycanda ilk dəfə dövlət sektoruna ayrılan sərmayə hesab edilir. Artıq Abşeron və Hacıqabul rayonlarında yaşıl texnologiyalar əsasında yeni nəsil data mərkəzlərinin inşasına start verilib.
Foto 2
SİMA – yeni nəsil biometriya həlləri
2022-ci ildə “AzInTelecom” tərəfindən yaradılımış SİMA yeni nəsil rəqəmsal imza ölkənin rəqəmsal inkişafı tarixində mühüm layihə hesab edilir. Mobil tətbiq formasında işləyən imza vətəndaşlar üçün tam ödənişsiz şəkildə təqdim olunur. Qısa müddətdə vətəndaşlar arasında tanınan “SİMA İmza” tətbiqi üç il ərzində bir çox sektorda xidmətlərin rəqəmsallaşmasına təminat yaradıb. Artıq mobil tətbiqin yüklənilmə sayı 4 milyonu ötüb. Dövlət və özəl sektorda xidmətlərin elektronlaşmasında istifadə olunan “SİMA İmza”nın tərəfdaş sayı 80-nə çatıb. Mobil Notariat, E-gov, MİDA, “mygov”, “digital.login”, ƏMAS, “Smart Customs”, Elektron Məhkəmə, İnternet Vergi İdarəsi və s. kimi dövlət elektron platformalarına “SİMA İmza” ilə giriş (təsdiqləmə) prosesləri təmin edilib. Xüsusilə də 12 avqust 2024-cü ildə Əmək Məcəlləsinə edilmiş müvafiq dəyişiklikdən (əmək müqavilələrinin elektron formata keçirilməsi) sonra “SİMA İmza” bu prosesdə mühüm rəqəmsal alətə çevrilib. Belə ki, indiyədək ölkə üzrə elektron əmək müqavilələrinin 98 faizi “SİMA İmza” ilə imzalanıb. “digital.login” vahid giriş sistemi üzərindən dövlət və özəl xidmətlərə daxilolmaların isə 35 faizi “SİMA İmza” ilə həyata keçirilib. Bu isə onu göstərir ki, “SİMA İmza” elektron xidmətlərə əlçatanlıq yanaşmasında məkan və zaman amillərini aradan qaldırıb, insanların gündəlik həyat fəaliyyətini asanlaşdırıb. SİMA rəqəmsal imza sistemi sayəsində insanlar artıq bir çox xidmətlərə fiziki iştirak etmədən, onlayn şəkildə çıxış əldə edə bilirlər. Ölkənin ən ucqar yerlərində yaşayan vətəndaşlar da xidmət mərkəzlərinə getmədən elektron imza əldə edərək öz işlərini məsafədən həll edə bilirlər.
SİMA ekosistemi çərçivəsində təqdim olunan “SİMA KYC” (biometrik identifikasiya) “SİMA Pay” (üztanıma ilə ödəniş) və “SİMA Access” (təhlükəsiz giriş) kimi innovativ həlləri özündə birləşdirir. Eyni zamanda ölkəmizin ilk elektron imzası sayılan USB disk şəklindəki imza aləti də təkmilləşdirilərək “SİMA Token” adı ilə bu platformaya daxil edilib. Həm fərdlər, həm də qurumlar bu imzanı sima.az saytından onlayn formada sifariş edə bilərlər.
Foto 3
Kibertəhlükəsizlikdə kompleks yanaşma
“AzInTelecom” ötən müddətdə kibertəhlükəsizlik xidmətlərini də inkişaf etdirib. Şirkətdə 24/7 rejimdə fəaliyyət göstərən Təhlükəsizlik Əməliyyatları Mərkəzi mövcuddur. Qurum, həmçinin beynəlxalq sertifikatlar əldə edib və “WebTrust” auditi ilə öz sertifikatlarını qlobal məkanda tanıdaraq beynəlxalq etibarlılığını artırıb. “ISO 27001” kimi informasiya təhlükəsizliyi üzrə beynəlxalq sertifikat, maliyyə əməliyyatlarında kart məlumatlarının qorunmasını təmin etməyə və müştəri məlumatlarının təhlükəsizliyini yüksək səviyyədə qorumağa imkan verən “PCI-DSS” standartının tətbiqi, gözlənilməz hallar və insidentlər zamanı əsas biznes funksiyalarını fasiləsiz şəkildə davam etdirməsinə, risklərə operativ reaksiya verməsinə şərait yaradan “ISO 22301” standartı ilə şirkət öz fəaliyyətini tam beynəlxalq standartlara uyğunlaşdırıb.
Yerli və beynəlxalq əməkdaşlıq
“AzInTelecom” fəaliyyətində digər dövlət qurumları ilə əməkdaşlığa da xüsusi önəm verir, koordinasiya və texnoloji dəstək mexanizmləri yaradılır. Bu əməkdaşlıq dövlət orqanlarının vahid rəqəmsal ekosistemin formalaşdırılmasına töhfə verir, vətəndaş məmnuniyyətini yüksəldir, dövlət qurumlarının fəaliyyətində şəffaflığı artırır. Xüsusilə “Hökumət buludu” və SİMA olmaqla, müxtəlif layihələr çərçivəsində birgə görülən işlər vətəndaşlara göstərilən xidmət keyfiyyətini və rəqəmsal imkanları artırmağa xidmət edir.
“AzInTelecom” beynəlxalq əməkdaşlıq strategiyası çərçivəsində isə “bulud” texnologiyaları sahəsində nüfuzlu Avropa şirkəti “Gcore” ilə tərəfdaşlığa start verib. “Google” və “Amazon” kimi dünya nəhəngləri ilə də mövcud istiqamətdə danışıqlar aparılır.
Foto 4
Həmçinin oxuyun
Elektron xidmətlərdə innovativlik
“AzInTelecom” həm də xaricdən Azərbaycana gətirilən mobil cihazların qeydiyyatını aparır və cihazların IMEI kodlarının saxtalaşdırılmasına qarşı mübarizə tədbirləri görür. İndiyədək orijinal olmayan minlərlə klon IMEI nömrəsi aşkarlanaraq bloklanıb. Bu isə mobil cihaz bazarının daha şəffaf və təhlükəsiz hala gətirilməsinə gətirib çıxarıb.
Vətəndaş məmnuniyyətinin təminatı məqsədilə həftənin bütün günləri Çağrı mərkəzi fəaliyyət göstərir. İl ərzində Çağrı mərkəzi tərəfindən 200,000-dən çox zəng və onlayn sorğu cavablandırılır.
Telekommunikasiya sahəsində dünya ölkələrinin aparıcı rabitə operatorları ilə əməkdaşlıq çərçivəsində “AzInTelecom” 10 ildir ki, beynəlxalq zənglərin həyata keçirilməsini təmin edir. Bundan başqa, Azərbaycana idxal olunan telekommunikasiya cihazlarının sertifikatlaşdırılması da məhz “AzInTelecom” tərəfindən həyata keçirilir. Nəticə etibarilə vətəndaşların keyfiyyətli elektronika mallarından istifadəsi dəstəklənir.
Foto 5
Dayanıqlı inkişaf və hədəflər
“AzInTelecom”un bu 10 ildəki fəaliyyəti və qarşıya qoyduğu məqsədlər Azərbaycanın rəqəmsal suverenliyinin gücləndirilməsinə və ölkənin beynəlxalq bazarda söz sahibi olmasına xidmət edir. Şirkətin əsas strateji hədəfləri yeni nəsil data mərkəzlərinin istifadəyə verilməsi, süni intellektin inkişafına dəstək məqsədilə müvafiq infrastrukturun qurulması və böyükhəcmli data əsasında yeni rəqəmsal məhsulların hazırlanmasıdır. 2024-cü ildə “AzInTelecom”un AZCON Holding-ə daxil edilməsi ilə bu tendensiyanın daha da güclənəcəyi gözlənilir. Belə ki, Holdinqin dəstəyi ilə innovativ layihələrin miqyasının genişləndirilməsi nəzərdə tutulur. Bunun sayəsində şirkət Azərbaycanın Cənubi Qafqaz və Xəzər regionunda rəqəmsal kommunikasiya habına çevrilməsini hədəfləyir.
Foto 6
22:21 / 27 İyul 2025
Bakıda məsciddə tükürpədici hadisə: Nüfuzlu şəxsə 30 bıçaq vurdular +VİDEO
21
22:15 / 27 İyul 2025
Ukrayna zərbə endirdi: Rusiyada ölən var
22
21:50 / 27 İyul 2025
Sərxoş olub adam öldürdü
141
20:53 / 27 İyul 2025
Sünnətlə bağlı həkimdən VACİB AÇIQLAMA: Bu yaşda edilməlidir...
177
20:21 / 27 İyul 2025
Dənizdə ölənlər var
209
19:43 / 27 İyul 2025
İbrahim Tatlısəsin qızı “saxla” əmrinə tabe olmadı - Polis atəş açdı - Video
264
19:17 / 27 İyul 2025
Milli Qəhrəmanın anası vəfat edib
327
16:07 / 27 İyul 2025
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
64
15:57 / 27 İyul 2025
Azərbaycan idmanına ağır İTKİ ÜZ VERDİ
383
15:19 / 27 İyul 2025
Heyvanlar haqda bu faktlar SİZİ ŞOK EDƏCƏK
472
14:49 / 27 İyul 2025
Mərkəzi Klinik Xəstəxana xalq artisti ilə bağlı AÇIQLAMA YAYDI
2299
14:47 / 27 İyul 2025
Bu yol bağlanır
76
14:15 / 27 İyul 2025
Toyda faciə yaşandı: Ölən var
416
13:36 / 27 İyul 2025
Çimərliyə gedənlərə vacib XƏBƏR
363
13:28 / 27 İyul 2025
Üç uşaq anasını öldürərək 1200 km qaçdı
84
13:01 / 27 İyul 2025
Cehiz davasının TƏFƏRRÜATI: “Oğlan iki dəfə nişanlı olub, ikisində də eyni səbəbdən ayırıblar” – VİDEO
1177
12:39 / 27 İyul 2025
Sabahın havası ilə bağlı AÇIQLAMA
489
12:37 / 27 İyul 2025
Baltalanan qadın xəstəxanada öldü
101
11:47 / 27 İyul 2025
FHN: Xocalı, Xocavənd və Şuşada dağlıq ərazidə baş verən yanğınlar söndürülüb
89
11:21 / 27 İyul 2025
Xalq artistinin ruhi dispanserdə dünyasını dəyişən oğlu – Onun ölümünü anasından 40 gün gizlədilər
1099
11:16 / 27 İyul 2025
Bir ailədən 3 nəfər öldü
132
11:03 / 27 İyul 2025
Tanınmış həkim vəfat etdi
674
10:45 / 27 İyul 2025
Yayın ən təbii İÇKİSİ - Evdə hazırlanır, ömrü uzadır
104
10:42 / 27 İyul 2025
Elçibəyin anasının ayaq barmaqları niyə kəsilmişdi? — Eks prezident haqda ŞOK FAKTLAR
277
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.