Zəlzələ BAŞ VERDİ
13 Dekabr 2025, 21:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1743
30.06.2025, 18:35
Bəzi iş yerlərində hərbi biletin olmaması şəxsin işə qəbul prosesində maneə yarada bilər. Bəs hərbi bileti olmayan şəxslər hansı işlərdə çalışa bilməzlər?
Hərbi ekspert Üzeyir Cəfərov Metbuat.az-a açıqlamasında bildirib ki, hərbi bileti olmayan şəxslərlə bağlı iki əsas kateqoriya mövcuddur. Birinci kateqoriyaya hərbi xidməti keçmiş, lakin hansısa səbəbdən hərbi bileti olmayan şəxslər daxildir. İkinci kateqoriya isə ümumiyyətlə, hərbi xidmət keçməyən, yəni hərbi bileti olmayan şəxslərdir:
“Azərbaycanda əmək münasibətləri Əmək Məcəlləsi ilə tənzimlənir və işə qəbul zamanı tələb olunan sənədlər arasında hərbi xidmət keçilməsini təsdiq edən sənəd – ya hərbi bilet, ya da rəsmi arayış olmalıdır. Bu sənədlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, DOST mərkəzləri və ASAN xidmət kimi orqanların məlumat bazalarında əks olunur. Hərbi bileti olmayan şəxslər, xüsusilə hüquq-mühafizə orqanlarında işləyə bilməzlər”.
Həmçinin oxuyun
Ekspertin sözlərinə görə, bəzi hallarda bu qaydaların pozulduğu müşahidə olunur:
“Məsələn, hərbi xidmət keçməyən şəxslərin yüksək vəzifələrdə çalışması, hətta alim adı daşıması halları mövcuddur. Hətta bəzi tanınmış şəxslərin hərbi xidmətdən yayınması ilə bağlı mətbuatda yazılar dərc olunub və həmin məlumatlar təkzib olunmayıb. Halbuki, hərbi bileti və ya rəsmi arayış bu cür iddialara ən sadə və rəsmi cavab ola bilərdi. Əslində, hərbi xidmət vətəndaşın Konstitusiya ilə müəyyən olunmuş borcudur. Bu borcu yerinə yetirməyən şəxsin dövlətə rəhbərlik etməsi, nazir və ya deputat kimi vəzifə tutması yolverilməzdir. Belə şəxslər cəmiyyətə nümunə ola bilməz. Türkiyə nümunəsində olduğu kimi, Azərbaycanda da hər bir vətəndaş hərbi xidmətdən keçməlidir və bu şərt dövlət strukturlarında karyera üçün vacib olmalıdır. Təəssüflər olsun ki, bəzən hərbi xidmətdə iştirak etməyən şəxslərin saxta yollarla hərbi bilet və hətta müharibə veteranı statusu əldə etdiyi hallara da rast gəlinir. Bu, acı bir reallıqdır və qarşısı alınmalıdır”.
Ü.Cəfərov Elm və Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi və digər aidiyyəti qurumları bu məsələyə xüsusi diqqət yetirməyə çağırıb. Ekspert deyib ki, hərbi xidmətdə olmayan şəxslərin dövlət vəzifələrində çalışmasının qarşısı sistemli şəkildə alınmalıdır.
21:58 / 13 Dekabr 2025
67
21:34 / 13 Dekabr 2025
327
21:21 / 13 Dekabr 2025
42
21:19 / 13 Dekabr 2025
48
21:15 / 13 Dekabr 2025
42
21:02 / 13 Dekabr 2025
43
20:49 / 13 Dekabr 2025
235
20:44 / 13 Dekabr 2025
54
20:36 / 13 Dekabr 2025
53
20:26 / 13 Dekabr 2025
61
20:01 / 13 Dekabr 2025
221
19:53 / 13 Dekabr 2025
73
19:21 / 13 Dekabr 2025
345
19:16 / 13 Dekabr 2025
103
18:32 / 13 Dekabr 2025
961
18:12 / 13 Dekabr 2025
163
18:02 / 13 Dekabr 2025
108
17:43 / 13 Dekabr 2025
1649
17:09 / 13 Dekabr 2025
105
16:55 / 13 Dekabr 2025
338
15:58 / 13 Dekabr 2025
114
15:47 / 13 Dekabr 2025
103
15:39 / 13 Dekabr 2025
125
15:08 / 13 Dekabr 2025
2871
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.