Qaynar xətt:

(+99450) 247 90 86

Ağır qəza: Həyatını itirən var

CƏMİYYƏT

88

30.06.2025, 09:42

Hacıqabulda avtomobil aşıb.

Oxu24.com-un xəbərinə görə, 1991-ci il təvəllüdlü Mənəfov Şahid Müşfiq oğlu idarə etdiyi "Opel Astra" minik markalı avtomobili Padar Qışlaq kəndi ərazisində aşırıb.

Nəticədə sürücü Şahid Mənəfov hadisə yerində ölüb, avtomobildə olan sərnişin - 1999-cu il təvəllüdlü Xəlilli Xəyal Valeh oğlu bədən xəsarətləri ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.