Qaynar xətt:

(+99450) 247 90 86

Sabirabadda dəhşət: 3 nəfər həyatını itirdi

CƏMİYYƏT

697

26.06.2025, 10:10

Sabirabad rayonu ərazisində baş verən ağır yol qəzasında üç nəfər ölüb.

Oxu24.com-məlumatına görə, hərəkətdə olan yük maşını “QAZ-2410” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində Sabirabad rayonunun Nizami kəndinin sakinləri 2000-ci il təvəllüdlü Hümbətov Fərid Amil oğlu, 2001-ci il təvəllüdlü Məmmədli Cəmil Vüqar oğlu və 2010-cu il təvəllüdlü Məmmədli Nihad Mahir oğlu ölüblər.

Faktla bağlı araşdırma aparılır.