Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür
22 İyul 2025, 00:26
Qaynar xətt:
(+99450) 247 90 86Azərbaycandan İrana gedənlər çoxalıb - statistika
CƏMİYYƏT
233
25.06.2025, 22:59
2025-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasına dünyanın 178 ölkəsindən 979,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Oxu24.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən məlumat yayıb.
Ölkəyə gələnlərin 24,6 faizi Rusiya Federasiyası, 17,7 faizi Türkiyə, 10,7 faizi Hindistan, 8,6 faizi İran, 4,4 faizi Gürcüstan, 3,6 faizi Qazaxıstan, 2,9 faizi Səudiyyə Ərəbistanı, 2,8 faizi Pakistan, hər birindən 2,0 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və İsrail, hər birindən 1,9 faiz olmaqla Özbəkistan və Çin, 1,4 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, hər birindən 1,0 faiz olmaqla Belarus və Küveyt, 12,2 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 68,9 faizini kişilər, 31,1 faizini qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 2,5 dəfə, Tacikistandan - 1,7 dəfə, Çindən - 1,5 dəfə, İordaniyadan - 44,3 faiz, Qırğızıstandan - 39,5 faiz, Yaponiyadan - 35,4 faiz, Pakistandan - 21,1 faiz, Qazaxıstandan - 20,4 faiz, Cənubi Koreyadan - 18,2 faiz, Niderlanddan - 17,7 faiz, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən - 17,5 faiz, Kanadadan - 17,0 faiz, ABŞ-dan - 16,0 faiz, İspaniyadan - 15,7 faiz, Hindistandan - 15,1 faiz, İtaliyadan - 13,2 faiz, Misirdən - 10,6 faiz artıb.
2024-cü ilin yanvar-may ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,9 faiz artaraq 39,0 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 1,6 faiz azalaraq 153,7 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 7,8 faiz azalaraq 326,7 min nəfər olmuş, digər ölkələrdən gələnlərin sayı isə 10,4 faiz artaraq 460,5 min nəfər təşkil edib.
Həmçinin oxuyun
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 73,4 faizi hava, 25,2 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.
2024-cü ilin yanvar-may ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 0,1 faiz azalaraq 807,6 min nəfər olub. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 27,3 faiz, Gürcüstana gedənlərin sayı 22,8 faiz artıb, Türkiyəyə gedənlərin sayı 6,2 faiz, Rusiya Federasiyasına gedənlərin sayı isə 25,3 faiz azalıb. Azərbaycan Respublikası vətəndaşlarının 36,5 faizi Türkiyəyə, 16,4 faizi Rusiya Federasiyasına, 11,0 faizi Gürcüstana, 11,0 faizi İrana, 25,1 faizi digər ölkələrə səfər edib. Gedənlərin 66,8 faizini kişilər, 33,2 faizini qadınlar təşkil edib.
2025-ci ilin yanvar-may aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 67,8 faizi hava, 30,0 faizi dəmir yolu və avtomobil, 2,2 faizi isə dəniz nəqliyyatından istifadə edib.
01:00 / 22 İyul 2025
Rusiyada ard-arda güclü zəlzələlər oldu
38
00:26 / 22 İyul 2025
Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür
105
23:38 / 21 İyul 2025
İsti havada səhnə geyimi bəyənilmədi
95
23:27 / 21 İyul 2025
AZAL təyyarəsini vuran şəxsin - FOTOSU
128
22:28 / 21 İyul 2025
Razılıq əldə olundu - “Patriot”lar Ukraynaya göndərilir
42
22:00 / 21 İyul 2025
Bakıda gənc motosiklet qəzasında öldü, sürücü ayaqlarını itirdi
50
21:15 / 21 İyul 2025
Novxanı çimərliyində növbəti bədbəxt hadisə
56
20:59 / 21 İyul 2025
Britaniyadan Rusiyaya ağır sanksiya
54
20:46 / 21 İyul 2025
"Həmin müğənnilər "qara siyahı"dadır"
59
20:36 / 21 İyul 2025
Azərbaycanda qəribə hadisə - Atasının cinsi qadın kimi qeyd olundu
67
20:23 / 21 İyul 2025
Yerin altında həcmi 200 milyon ton olan enerji anbarı tapıldı: Harda yerləşir?
58
20:16 / 21 İyul 2025
Polşada Avropanın ən böyük neft və qaz yataqlarından biri kəşf edildi
63
19:40 / 21 İyul 2025
Prezident İlham Əliyevin III Qlobal Media Forumunda çıxışı dünya mediasının diqqət mərkəzindədir
56
19:25 / 21 İyul 2025
Süni intellekt "whatsapp" mesajlarımızı oxuya bilər? - Şəxsi məlumatlar təhlükədə
61
19:14 / 21 İyul 2025
Tramp Obamanın "həbs"dən VİDEOsunu paylaşdı
64
18:54 / 21 İyul 2025
Alma yeyən əsgəri vuran gizir cəzalandırıldı
70
18:49 / 21 İyul 2025
Ərdoğandan Zəngəzur dəhlizi açıqlaması
176
18:26 / 21 İyul 2025
Bu həftə dəhşətli maqnit qasırğaları olacaq - XƏBƏRDARLIQ
71
17:53 / 21 İyul 2025
Azərbaycan Prezidentinin köməkçisinin adından saxta açıqlama yayılıb
226
17:49 / 21 İyul 2025
Prezident milli mətbuatın 150 illik yubileyi münasibətilə media nümayəndələrini təltif edib
86
16:40 / 21 İyul 2025
Ukrayna Rusiya pilotsuz təyyarələrinin öhdəsindən gələ bilmir
77
16:34 / 21 İyul 2025
DTX tərəfindən saxlanılan “Abu Malik”in - Fotosu
519
16:20 / 21 İyul 2025
Çərpələng uçuşu qadağan edildi
81
16:12 / 21 İyul 2025
Putin fərman imzaladı
93
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.