Qaynar xətt:

(+99450) 247 90 86

Dörd gün İŞ OLMAYACAQ

CƏMİYYƏT

358

23.06.2025, 11:50

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıllığını təmin etmək üçün 27 iyun iş günü ilə 21 iyun istirahət günlərinin yerlərinin dəyişdirilməsi barədə qərar verib.

Oxu24.com   xəbər verir ki, sözügedən qərara əsasən bu həftə 4 gün ardıcıl iş olmayacaq.

Belə ki, 26 iyun Silahlı Qüvvələr Günü qeyri-iş günü hesab olunur. 28 və 29 iyun tarixləri isə şənbə-bazara təsadüf edir.

Buna görə də beş günlük iş həftəsində çalışanlar üçün 26, 27, 28 və 29 iyun tarixləri qeyri-iş günləri olacaq.