Mehdidən sonra anası da vəfat etdi
16 İyul 2025, 00:00
Qaynar xətt:
(+99450) 247 90 86QMİ Məhərrəm ayının başlaması ilə bağlı fətva verib
CƏMİYYƏT
142
23.06.2025, 10:41
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Məhərrəm ayının başlaması ilə bağlı fətva verib.
Oxu24.com-un xəbərinə görə, idarənin bu barədə yaydığı məlumatda nəzərə çatdırılıb ki, Şamaxı Astrofizika Rəsədxanasının rəsmi hesablamalarına görə Hicri-qəməri təqvimi ilə 1446-cı il başa çatır, yeni 1447-ci ilin başlanğıcının – Məhərrəm ayının 1-inin Miladi təqvimlə 2025-ci il iyun ayının 26-na təsadüf etməsi gözlənilir.
Qeyd edilib ki, son illər Məhərrəmlik dönəmində dindarları İslama yad olan əməllərdən və xurafatdan çəkindirən əsas tədbirlərdən biri - Kərbəla şəhidlərinin xatirəsinə qanvermə aksiyası müqəddəs dinimizə layiq olan ən münasib əzadarlıq nümunəsi kimi bilavasitə Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə reallaşan və xalq tərəfindən təqdir edilən hadisədir.
Bu il də humanist ənənəni davam etdirərək, qan bankının paytaxtda və bölgələrdəki filiallarında, habelə digər səhiyyə ocaqlarında Allah rizası üçün İmam Hüseyn (ə) və əziz şəhidlərin xatirinə ehsan niyyəti ilə qan verəcək, minlərlə xəstə insana, irsi xəstəliklərdən əziyyət çəkən uşaqların şəfa tapmasına yardımçı olacaqlar. Həmin məkanların ünvanları Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb səhifəsində (www.qafqazislam.com) yerləşdiriləcəkdir.
Həmçinin oxuyun
Biz, Azərbaycan müsəlmanları şükürlər edirik ki, bu ilki Məhərrəm ayı illər boyu dualar etdiyimiz Zəfərin beşinci ildönümü ərəfəsinə təsadüf edir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində şanlı Ordumuzun bizlərə yaşatdığı qürur və sevincə görə Uca Yaradana həmd-sənalar, dövlətimizin rifahı üçün dualar edirik. İşğaldan azad olmuş Qarabağda və Şərqi Zəngəzurda yenidənqurmanın başlanması, dini-mədəni abidələrimizin bərpası, həmvətənlərimizin doğma yurd-yuvalarına Böyük Qayıdışı – bütün bunlar Allah-taalanın lütfü ilə müdrik dövlət başçımızın səyləri sayəsində reallaşan arzularımız, dualarımızdır.
Qazılar Şurası olaraq dindarlarımıza xatırlatmaq istərdik ki, Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasua və Aşura əzadarlığı zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməzdir. Həmçinin, QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırır ki, AR “Dini etiqad azadlığı haqqında” Dövlət Qanununun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər. Azərbaycan qanunlarına əsasən, təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, küçə yürüşləri və ictimai asayişin pozulması yolverilməzdir. Xüsusilə qeyd etmək istərdik ki, ölkəmizin suverenliyi, dövlətçiliyimizin yenilməz nüfuzu əleyhinə son dönəmlərdə güclənən erməni revanşist təbliğatına qarşı Azərbaycan din xadimləri tərəfindən qətiyyətli və davamlı şəkildə Vətən sevgisini, milli dəyərlərə sədaqəti, şərəf və ləyaqəti ehtiva edən çağırışlar edilməli, xütbələr oxunmalıdır. Qeyd olunan tövsiyələrin bölgələrdəki din xadimlərinin dindarlara çatdırması vacibdir. Qazılar və səlahiyyətli nümayəndələr öz bölgə məscidlərində görülən tədbirlər barədə tam hesabatlarını Qafqaz Müsəlmanları İdarəsinə təqdim etməlidirlər.
Məhərrəmlik dönəmində ibadət və dualarımızda Kərbəla şəhidləri ilə yanaşı Birinci və İkinci Qarabağ müharibəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman övladlarımızın, həmçinin 20 Yanvar və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini yad etməklə şəhidlərimizə rəhmət, qazilərimizə şəfalar diləmək bizim vəfa borcumuzdur. Uca Allah xalqımızı, dövlətimizi hifz etsin, dövlət rəhbərimizin Azərbaycan naminə fəaliyyətinə daima rəvac versin!
00:00 / 16 İyul 2025
Mehdidən sonra anası da vəfat etdi
194
23:29 / 15 İyul 2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı - yenilənib
76
22:44 / 15 İyul 2025
Bakıda yanğın oldu - VİDEO
128
22:22 / 15 İyul 2025
Bu rayonun 21 kəndində qaz kəsiləcək
86
19:22 / 15 İyul 2025
Lavrov sanksiyalara məşhur atalar sözü ilə cavab verib
131
18:48 / 15 İyul 2025
Kiyev vəd etdiyi silahları gözləməli olacaq
108
17:44 / 15 İyul 2025
Neft bazarı Trampın ultimatumuna necə reaksiya verdi?
123
17:11 / 15 İyul 2025
Prezident SƏRƏNCAM imzaladı
1154
17:09 / 15 İyul 2025
Ukrayna Aİ-nin rouminq zonasına qoşulur
243
17:05 / 15 İyul 2025
Avropa İrana vaxt verdi
156
17:00 / 15 İyul 2025
Gürcüstan Rusiya tərəfindən deportasiya edilən ukraynalılara icazə vermir
246
16:53 / 15 İyul 2025
Ankarada yaşayanlara xəbərdarlıq edildi
236
16:50 / 15 İyul 2025
Lavrov Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundundan danışıb
231
16:45 / 15 İyul 2025
4 gün leysan yağacaq - XƏBƏRDARLIQ
1990
16:40 / 15 İyul 2025
Ukraynada sensassion istefa
132
16:36 / 15 İyul 2025
Rusiya sərhədləri boyunca pilotsuz təyyarələrdən ibarət divar yaradılacaq
151
16:27 / 15 İyul 2025
Orban Aİ-ni Ukraynaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb
127
15:49 / 15 İyul 2025
"Kamal müəllim mahnını Aygün Kazımovanın oxumasını istədi" — Baba Vəziroğlu ilə "Nigaranam" ətrafında MÜSAHİBƏ
1238
15:15 / 15 İyul 2025
SON DƏQİQƏ! DİN açıqlama yaydı: Həmin şəxs tutulub
1201
14:54 / 15 İyul 2025
SON DƏQİQƏ! Bir sıra təyinatlar baş tutub
681
14:15 / 15 İyul 2025
İsrail bu ölkəni vuracaq — XƏBƏRDARLIQ
773
14:03 / 15 İyul 2025
Kamran Əliyev şöbə rəisini işdən çıxardı
1233
13:37 / 15 İyul 2025
İlham Əliyev bununla bağlı qanunu imzaladı
460
12:45 / 15 İyul 2025
Evdən 30 min dollar və 12 min manat oğurlanıb
182
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.