Azərbaycan incəsənətinə ağır itki ÜZ VERİB: Məşhur siyasi xadimin qızı dünyasını dəyişdi
13 Dekabr 2025, 15:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
201
21.06.2025, 20:05
Bu gün - 21 iyun saat 06:42:11-də Azərbaycana rəsmi olaraq Yay fəsli (Yay Günəş duruşu) daxil olub. Bu zaman Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ən kiçik bucaq əmələ gəlir. Nəticədə Günəş şüaları Yerin şimal yarımkürəsinə daha dik bucaq altında düşür. Həmin gün ən uzun gündüz (gündüzün uzunluğu 15 saat, 3 dəqiqə, 24 saniyə) və ən qısa gecə (gecənin uzunluğu 8 saat, 56 dəqiqə, 36 saniyə) olur.
Yay fəslinin başlaması ilə hava temperaturunda nəzərəçarpacaq yüksəliş müşahidə olunur ki, bu da iqlim dəyişikliyi kontekstində daha da aktuallaşır. Ənənəvi olaraq istirahət və tətil mövsümü kimi qəbul edilən yay, günümüzdə getdikcə daha çox ekstremal hava şəraiti ilə yadda qalır. Bu da insan sağlamlığı, ictimai həyat və ətraf mühit üçün ciddi nəticələr doğurur.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun böyük elmi işçisi Cəmilə Əhmədova bildirib ki, ölkəmiz artıq yay fəslinə qədəm qoyub və biz hazırda bu fəsli yaşayırıq:
"Lakin yay fəslinin başlanması astronomik, təqvim və iqlim yay fəsli olmaqla fərqlənir. Astronomik yay 21 iyunda başladığı halda, təqvim yayı iyunun 1-dən başlayır və iyun, iyul, avqust aylarını əhatə edir. İqlim yayı isə düzən ərazilərdə daha erkən - mayın əvvəllərində başlayır. Dəniz səviyyəsindən yüksəklik artdıqca, yayın başlama tarixləri də bir qədər gecikir. Dağətəyi ərazilərdə bu artıq mayın sonu və iyunun əvvəllərinə təsadüf edir. Yüksəklik artdıqca, bu tarixlər daha da gecikir. Ən uzun yay fəsli isə məhz düzənlik ərazilərdə müşahidə edilir. Bu zaman yay təqribən 5 ayadək davam edir. Yay fəsli havanın isti və quraq keçməsi ilə səciyyələnir. İqlim dəyişmələri bütün fəsillərdə olduğu kimi, yay fəslinə də təsir göstərir. İqlim dəyişmələri ilə bağlı güclü isti günlərin təkrarlanması xeyli çoxalıb. Bununla yanaşı, yayda iqlim istiləşməsi ilə əlaqəli daha bir fəsadla qarşılaşırıq - bu da isti hava dalğalarıdır. 1961-1990-cı illərin baza dövrü ilə müqayisədə hazırda düzən və dağətəyi ərazilərdə isti hava dalğalarının təkrarlanması 5-7 dəfə artıb. Bu isə bir çox sahələrdə risklər yaratmaqla öz mənfi təsirini göstərir".
Həmçinin oxuyun
Mövzu ilə bağlı açıqlama verən doktor Məlahət Hümmətqızı isə bildirib ki, nəinki yay fəslində, bütün fəsillərdə insanlar özlərini müəyyən amillərdən - istidən, soyuqdan, qida qəbulundan və s. qorumağı bacarmalıdır:
"Məsələn, yayda havanın temperaturu yüksək olduğundan insanlar arasında tərləmə halları daha çox olur. Belə halda suya olan tələbat artır. İnsanlar özlərini qorumur, tərli-tərli çox soyuq, buzlu sulardan istifadə edir, dondurma yeyir. Evdə sərinləyicilərin altına oturur, bəzən yatırlar. Bu hallar onlarda yuxarı tənəffüs yollarının kəskin respirator xəstəliyinə gətirib çıxarır. İnsanlarda qrip, angina, kəskin bronxit kimi əlamətlər özünü göstərir. Bundan başqa, qida allergiyası olan insanlar xüsusilə yay meyvələrindən imtina etməlidirlər. Çiyələk və ərik kimi meyvələr bir çox allergik, asta, bronxitli xəstələrdə dəri qaşınması, övrə, kvinke ödemi, boğulma kimi əlamətlər verir. Yay fəslində qida zəhərlənməsi daha çox olur. Balıq və bu tip konserv qidalardan çəkinmək lazımdır. Pomidor, xiyar turşusundan (konservləşmiş) qidalardan ehtiyatlı olunmalıdır. Qarpız və yemiş yeyərkən rənginə, dadına, xüsusilə təzə olmasına fikir verilməlidir. Çimərlikdə xüsusilə günortalar - temperatur yüksək olur, dənizə girməsinlər. Çünki günorta saatlarında günəşin temperaturu insan sağlamlığına daha çox zərər verir. Dəridə qaralmalar, ləkələr arta bilər, günvurma kimi ağır fəsadlar - halsızlıq, yorğunluq, baş gicəllənmə, özündən getmə, ağızda quruluq ola bilər. Yağlı, qızartma yeməklərdən, çox soyuq içkilərdən uzaq olmalıyıq. Havaya uyğun əynimizi geyinməliyik. Hovuzlara, çimərliklərə getməliyik. Hər gün duş qəbul etməliyik. Az-az, tez-tez qidalanmalıyıq. Ət məhsullarından bir az uzaq olmalıyıq. Ağartıya yer verməliyik".
15:39 / 13 Dekabr 2025
1
15:08 / 13 Dekabr 2025
587
14:50 / 13 Dekabr 2025
37
14:38 / 13 Dekabr 2025
53
14:28 / 13 Dekabr 2025
53
14:22 / 13 Dekabr 2025
49
14:12 / 13 Dekabr 2025
161
13:14 / 13 Dekabr 2025
543
13:07 / 13 Dekabr 2025
305
12:58 / 13 Dekabr 2025
164
12:16 / 13 Dekabr 2025
966
12:08 / 13 Dekabr 2025
111
11:44 / 13 Dekabr 2025
76
11:30 / 13 Dekabr 2025
91
11:09 / 13 Dekabr 2025
914
11:07 / 13 Dekabr 2025
402
10:25 / 13 Dekabr 2025
1111
09:15 / 13 Dekabr 2025
875
09:06 / 13 Dekabr 2025
720
08:45 / 13 Dekabr 2025
133
08:37 / 13 Dekabr 2025
159
00:28 / 13 Dekabr 2025
158
00:14 / 13 Dekabr 2025
1118
00:01 / 13 Dekabr 2025
751
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.