Ramil Səfərovun xanımına bu VƏZİFƏ VERİLDİ
14 Dekabr 2025, 01:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
157
19.06.2025, 10:08
Mövsüm dəyişməsi zamanı insanlarda müxtəlif xəstəliklərin yaranması ilə tez-tez rastlaşırıq. Hər bir mövsümün özünə xas xəstəlikləri var ki, zaman-zaman baş qaldırır.
Mövsümi xəstəliklərlə bağlı hazırda ölkədə vəziyyət necədir?
Mövzu ilə bağlı Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib ki, havaların istiləşməsi ilə əlaqədar qrip infeksiyasına nadir təsadüf olunur.
"Adətən, yaz-yay aylarında hava-damcı üsulu ilə yoluxan virus infeksiyaları - adenovirus, rinovirus, paraqrip virusu, o cümlədən, enteroviruslara yoluxma hallarına rast gəlinir. Bunların əlamətləri oxşar olduğuna görə bəzən əhali arasında yay qripi kimi tanınır. Xəstələnmə halları qısamüddətli olur və tez sağalır".
Təyyar Eyvazov qeyd edib ki, hazırda mövsümi infeksiyalara yoluxma hallarına rast gəlinsə də, ciddi artımlar müşahidə olunmur.
Məsələ ilə bağlı Trend-ə danışan infeksion xəstəlikləri və klinik mikrobiologiya uzmanı Vasif Əliyev isə bildirib ki, ümumiyyətlə, mövsümə uyğun olaraq müəyyən xəstəliklər daha çox müşahidə olunur.
Həmçinin oxuyun
"Qış mövsümündə xüsusilə yuxarı tənəffüs yollarının infeksion xəstəlikləri geniş yayılır. Bu da, əsasən, virus infeksiyalarının yaxın təmasda, qapalı məkanlarda insandan insana asanlıqla ötürülməsi ilə bağlıdır. Bu infeksiyalara xüsusilə uşaqlar daha çox yoluxur; uşaq bağçaları, məktəblər kimi kollektiv yerlərdə yayılan infeksiya daha sonra evdə böyüklərə də keçə bilər.
Yay mövsümündə isə, əsasən, mədə-bağırsaq infeksiyaları, qida zəhərlənmələri, ishal, qarın ağrısı kimi xəstəliklər önə çıxır. Bunların yaranma səbəbi, adətən, natəmiz su və ya qida qəbuludur. Çimərliklərdə, ictimai yerlərdə gigiyenaya riayət olunmaması, şəxsi əşyaların paylaşılması kimi hallar da risk yaradır".
Həkim qeyd edib ki, hər bir xəstəlikdən qorunmaq üçün profilaktik tədbirlər görülməlidir.
"Qış aylarında bronxit, qrip, pnevmoniya kimi respirator xəstəliklərdən qorunmaq üçün sağlam qidalanma, mövsümə uyğun geyinmək, xəstələrlə təmasdan uzaq durmaq və ehtiyac olduqda peyvəndləmə vacibdir.
Yayda isə dənizə girərkən və sonra gigiyenik qaydalara əməl etmək, yaş paltarda qalmamaq, yalnız təmiz, mənşəyi məlum olan su və qidalar qəbul etmək, şəxsi əşyaların paylaşılmaması kimi tədbirlər xəstəliklərin qarşısını almağa kömək edər", - deyə Vasif Əliyev əlavə edib.
01:21 / 14 Dekabr 2025
213
00:52 / 14 Dekabr 2025
258
00:43 / 14 Dekabr 2025
85
00:04 / 14 Dekabr 2025
126
23:47 / 13 Dekabr 2025
729
23:44 / 13 Dekabr 2025
44
23:30 / 13 Dekabr 2025
54
22:45 / 13 Dekabr 2025
317
22:30 / 13 Dekabr 2025
98
22:28 / 13 Dekabr 2025
115
22:22 / 13 Dekabr 2025
124
22:11 / 13 Dekabr 2025
244
21:58 / 13 Dekabr 2025
404
21:34 / 13 Dekabr 2025
1067
21:21 / 13 Dekabr 2025
84
21:19 / 13 Dekabr 2025
113
21:15 / 13 Dekabr 2025
82
21:02 / 13 Dekabr 2025
75
20:49 / 13 Dekabr 2025
379
20:44 / 13 Dekabr 2025
97
20:36 / 13 Dekabr 2025
86
20:26 / 13 Dekabr 2025
81
20:01 / 13 Dekabr 2025
288
19:53 / 13 Dekabr 2025
101
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.