Qaynar xətt:

(+99450) 247 90 86

Leyla Əhmədova vəfat etdi 

CƏMİYYƏT

3766

17.06.2025, 15:55

Keçmiş dövlət müşaviri, mərhum diplomat Vəfa Quluzadənin həyat yoldaşı Leyla Əhmədovanın vəfat etdiyi barədə xəbər yayılıb.

Oxu24.com  Modern.az-a istinadla xəbər verir ki, bu barədə məlumat Facebook-da Quluzadələr ailəsini tanıyan şəxslər tərəfindən  yayılıb.

Məlumata görə, mərhum bu gün dəfn edilib.

Vəfa Quluzadə 1990-1999-cu illərdə xarici siyasət məsələləri üzrə dövlət müşaviri vəzifəsini tutub.

2010-cu ildə onun oğlu Murad Quluzadə 36 yaşında onkoloji xəstəlikdən dünyasını dəyişib.

Vəfa Quluzadə 2015-ci ilin aprelində ürək əməliyyatı keçirmiş, mayın 1-də isə vəfat etmişdi.

Allah rəhmət eləsin.