Bələdiyyə sədri qəfil öldü
18 Noyabr 2026, 00:38
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
264
16.06.2025, 09:15
Yüksək qan təzyiqindən əziyyət çəkənlər üçün qidalanma çox mühüm rol oynayır. Dietoloqlar və kardioloqlar bildirirlər ki, qara qarağat (çox vaxt çaytikanı ilə qarışdırılsa da, burada söhbət çoxsaylı antioksidantlarla zəngin olan yabanı qara qarağatdan gedir) yüksək təzyiqi tənzimləməkdə ən faydalı giləmeyvədir.
Oxu24.com xəbər verir ki, "Parade" nəşrinin yazdığına görə, qara qarağat ürək-damar sisteminin işini dəstəkləyir və qan dövranını yaxşılaşdırır. Kardioloq Çen-Xan Çenin sözlərinə görə, bu giləmeyvə antosianninlər adlanan və güclü iltihabəleyhinə təsiri olan antioksidantlarla zəngindir. Bu maddələr damar divarlarında yerləşən endotel hüceyrələrinin funksiyasını yaxşılaşdırır, damarların genişlənməsini və qan təzyiqinin azalmasını təmin edir.
Tədqiqatlar nəyi göstərir?
2019-cu ildə "The Journals of Gerontology" jurnalında dərc edilən araşdırmaya əsasən, qara qarağatın gündəlik qəbulu sistolik təzyiqi (yuxarı göstərici) orta hesabla 5 mm civə sütunu qədər azalda bilər. Bu göstərici ürək-damar xəstəliklərinin riskini qiymətləndirmək üçün əsas kriteriyalardan biridir.
Dietoloq Sofi Lover isə qeyd edir ki, antosianninlər azot oksidinin ifrazını stimullaşdırır, bu da qan axınını yaxşılaşdırır. Qara qarağat həmçinin damar sərtliyini azaldır, bu da yüksək təzyiqlə birgə ürək xəstəlikləri riskini artıran faktorlardan biridir.
Bundan əlavə, qara qarağat liflə zəngindir və yüksək lifli qidalanma təzyiqin tənzimlənməsinə müsbət təsir edir.
Kimlər üçün faydalıdır və necə qəbul edilməlidir?
"Wild Blueberry Association of North America" təşkilatının nümayəndəsi Kit Broer bildirir ki, qara qarağat həm sağlam yaşlı insanlar, həm də menopauzadan sonrakı dövrdə olan qadınlar üçün faydalıdır. Qara qarağat həm təzə, həm də toz (liofilizə olunmuş) formada istifadə edildikdə eyni müsbət təsiri göstərir.
Antosianninlər yalnız təzyiqi deyil, həmçinin iltihabı azaldır, stresi zəiflədir, qocalmanı ləngidir, yaddaşı dəstəkləyir, həmçinin orqanizmi C və K vitaminləri ilə təmin edir.
Gündə nə qədər qara qarağat yemək lazımdır?
Kardioloq Çen tövsiyə edir ki, gündə iki porsiya, yəni təxminən iki fincan qara qarağat istehlak edilsin. Dietoloq Sofi Lover isə hətta gündə bir fincan qəbul etməklə belə təzyiqin aşağı düşməsində müsbət nəticə əldə ediləcəyini bildirir.
Ekspertlər xüsusilə yabanı qara qarağatı tövsiyə edirlər, çünki o, becərilən növlərə nisbətən daha çox antioksidant, antosiannin və lif ehtiva edir. Belə ki, yabanı qara qarağatın antioksidant gücü iki dəfə, antosiannin miqdarı 33%, lif tərkibi isə 72% daha yüksəkdir.
Yüksək təzyiq üçün başqa hansı qidalar faydalıdır?
Təzyiqin tənzimlənməsinə kömək edən digər giləmeyvə və meyvələr bunlardır:
* Antosiannin tərkibli: çiyələk, böyürtkən, moruq
* Flavonoid tərkibli: portağal, limon
* Kaliumla zəngin: banan, kivi, yemiş, qaysı qurusu, ispanaq, mərcimək, şirin kartof/Qaynarinfo
00:38 / 18 Noyabr 2026
81
23:54 / 17 Noyabr 2026
112
23:36 / 17 Noyabr 2026
122
23:10 / 17 Noyabr 2026
115
23:03 / 17 Noyabr 2026
218
22:45 / 17 Noyabr 2026
121
22:22 / 17 Noyabr 2026
117
22:08 / 17 Noyabr 2026
266
21:51 / 17 Noyabr 2026
124
21:38 / 17 Noyabr 2026
130
21:20 / 17 Noyabr 2026
126
21:11 / 17 Noyabr 2026
128
20:45 / 17 Noyabr 2026
130
20:39 / 17 Noyabr 2026
153
20:23 / 17 Noyabr 2026
133
20:12 / 17 Noyabr 2026
155
19:59 / 17 Noyabr 2026
147
19:51 / 17 Noyabr 2026
149
19:40 / 17 Noyabr 2026
254
19:39 / 17 Noyabr 2026
141
19:28 / 17 Noyabr 2026
1077
19:21 / 17 Noyabr 2026
140
19:14 / 17 Noyabr 2026
145
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.