Ramil Səfərovun xanımına bu VƏZİFƏ VERİLDİ
14 Dekabr 2025, 01:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
945
15.06.2025, 17:55
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin anım günüdür.
Oxu24.com xatırladır ki, o, 1992-ci il iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən şəhid olub.
Çingiz Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Vladimir rayonunda hərbçi ailəsində anadan olub. 1964-cü ildə ailəsi ilə Bakıya köçüb. 1977-ci ildə Yasamal rayonunda 167 saylı məktəbi bitirib. 1977-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olan Çingiz Mustafayev 1983-cü ildə ali təhsil ocağını müvəffəqiyyətlə bitirib. Təhsilini başa vuran gənc Çingiz təyinatla Dəvəçi (hazırkı Şabran) rayonunda üç il həkim işləyir. 1983-cü ildə dünyada ilk dəfə olaraq türkcə rep janrlı mahnını Çingiz Mustafayev səsləndirib.
Oxu24.com Milli Qəhrəmanın şəxsi həyatı haqqında maraqlı məlumatı təqdim edir.
Çingiz Mustafayev Azərbaycanın xalq artisti Lütfəli Abdullayevin qızı Gülnarə Abdullayeva ilə nişanlı olubmuş.
Bu barədə Gülnarə Abdullayeva özü jurnalist Miri Məcidliyə müsahibəsində belə deyib:
Çingiz Mustafayevlə tanışlığımız təsadüfən olub. Bacım Xurşud Konservatoriyanın komsomol katibi idi. Bakıda Abşeron adlı bir kafe var idi. Hər dəfə bir komsomol katibi həmin kafeni yoxlamağa gedirdi. Bacımın növbəsi olanda məni də özü ilə apardı. Ömrümdə birinci dəfə idi ki, diskotekaya gedirdim. Anam eşidəndə ki, diskotekaya gedirik, tərəddüd etdi. Amma bacım onu razı saldı. Çingiz Mustafayev həmin vaxt orada DJ işləyirdi. Səhnəyə çıxanda gözü mənə sataşdı. Elə bu baxışdan sonra bir məhəbbət başladı. Bu 1979-cu il idi. Oradan çıxandan sonra bizim arxamızca evimizə qədər gəlmişdi. Səhər mən dərsə gedəndə gördüm ki, Çingiz evimizin aşağısında məni gözləyir. Beləliklə münasibətlərimiz yarandı. Artıq dekabrda Naxış xanım bizə elçi gəldi. Anam da nişanlanmağımıza razı oldu.
Həmçinin oxuyun
Biz düz 4 il nişanlı qaldıq. Anam çox ciddi insan idi. Çingizin diskotekada işləməsi anama xoş getmirdi. Anam bir qədər fərqli düşünürdü. Çingizin anası Naxış xanım gözəl insan idi. Biz son günə kimi onunla əlaqəli idik. Çingizlə ayrılığımıza səbəb anam oldu. Onun sözündən çıxa bilməzdim. Çingizin ailəsi ilə bu gün də yaxşı münasibətlərimiz var.
Nigar
01:21 / 14 Dekabr 2025
213
00:52 / 14 Dekabr 2025
258
00:43 / 14 Dekabr 2025
85
00:04 / 14 Dekabr 2025
126
23:47 / 13 Dekabr 2025
729
23:44 / 13 Dekabr 2025
44
23:30 / 13 Dekabr 2025
54
22:45 / 13 Dekabr 2025
317
22:30 / 13 Dekabr 2025
98
22:28 / 13 Dekabr 2025
115
22:22 / 13 Dekabr 2025
124
22:11 / 13 Dekabr 2025
244
21:58 / 13 Dekabr 2025
404
21:34 / 13 Dekabr 2025
1067
21:21 / 13 Dekabr 2025
84
21:19 / 13 Dekabr 2025
113
21:15 / 13 Dekabr 2025
82
21:02 / 13 Dekabr 2025
75
20:49 / 13 Dekabr 2025
379
20:44 / 13 Dekabr 2025
97
20:36 / 13 Dekabr 2025
86
20:26 / 13 Dekabr 2025
81
20:01 / 13 Dekabr 2025
288
19:53 / 13 Dekabr 2025
101
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.