Ramil Səfərovun xanımına bu VƏZİFƏ VERİLDİ
14 Dekabr 2025, 01:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2573
12.06.2025, 15:49
Xəbər verdiyimiz kimi II ixtisas qrupu üzrə ən yüksək nəticəni 391.7 bal toplayan Ucar rayonu 2 saylı şəhər tam orta məktəbinin məzunu Cənnətov Fuad Əlikram oğlu göstərib.
Oxu24.com xəbər verir ki, O, imtahanın birinci mərhələsində 282.3 bal toplayıb. Fuad rus bölməsi üzrə təhsil alıb.
"Nəticəmi görəndə çox təəccübləndim. Bu qədər yüksək olacağını düşünməmişdim. Özüm bildikdən sonra valideynlərimə xəbər verdim. Onlar da mənim kimi bu nəticəyə çox sevindilər",-deyə Fuad Cənnətov hisslərini bölüşüb.
O,harada təhsil almaq istədiyini də açıqlayıb.
"Təhsilimi BANM-da almağı planlayıram. Dəqiq qərara gəlməsəm də, maliyyə, biznesin idarə edilməsi ixtisaslarını seçməyi düşünürəm",-deyə F.Cənnətov qeyd edib.
Belə bir uğurun qazanılmasında şagirdin çalışqanlığı və əzmi ilə yanaşı ona fənni tədris edən müəllimlərin də əməyi danılmazdır. Bu gün qürurlu olanlardan biri də Fuad Cənnətova Tarix fənnindən imtahanlara hazırlaşdıran müəllim Fuad Quliyev hisslərini Oxu24.com saytı ilə bölüşüb.
Həmçinin oxuyun
"Fuad fədakar, çalışqan və məqsədyönlü bir gəncdir. O, qarşısına qoyduğu məqsədlərə çatmaq üçün ardıcıl şəkildə çalışan, öyrənməyə böyük maraq göstərən və məsuliyyət hissi yüksək olan bir tələbədir. Onun dərslərə olan diqqəti, intizamı və daim inkişaf etməyə olan istəyi nümunə göstəriləcək səviyyədədir.Həm fərdi, həm də kollektiv işlərdə özünü bacarıqlı, mədəni və təşəbbüskar bir tələbə kimi göstərmişdir. Suallara məntiqli yanaşması, analitik düşünmə qabiliyyəti və geniş dünyagörüşü onun əsas üstünlüklərindəndir. O, təkcə akademik sahədə deyil, həm də insani keyfiyyətləri ilə ətrafında olanların rəğbətini qazanmağı bacarır. Belə tələbələrlə işləmək həm müəllim, həm də məktəb üçün böyük qürurdur.Fuad tarix fənninə olan marağı və öyrənmək həvəsi ilə hər zaman seçilir. Tarixi şəxsiyyətlərə olan xüsusi marağı, hadisələri analiz etmək bacarığı onun bu sahə üzrə bilik əldə etməsinə, xüsusi köməklik edir",-deyə uğurlu tələbənin müəllimi açıqlamasında qeyd edib.
Miri Məcidli
01:21 / 14 Dekabr 2025
102
00:52 / 14 Dekabr 2025
189
00:43 / 14 Dekabr 2025
65
00:04 / 14 Dekabr 2025
86
23:47 / 13 Dekabr 2025
654
23:44 / 13 Dekabr 2025
37
23:30 / 13 Dekabr 2025
49
22:45 / 13 Dekabr 2025
297
22:30 / 13 Dekabr 2025
93
22:28 / 13 Dekabr 2025
106
22:22 / 13 Dekabr 2025
116
22:11 / 13 Dekabr 2025
234
21:58 / 13 Dekabr 2025
389
21:34 / 13 Dekabr 2025
1028
21:21 / 13 Dekabr 2025
81
21:19 / 13 Dekabr 2025
108
21:15 / 13 Dekabr 2025
77
21:02 / 13 Dekabr 2025
72
20:49 / 13 Dekabr 2025
374
20:44 / 13 Dekabr 2025
93
20:36 / 13 Dekabr 2025
83
20:26 / 13 Dekabr 2025
78
20:01 / 13 Dekabr 2025
285
19:53 / 13 Dekabr 2025
97
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.