Qaynar xətt:

(+99450) 247 90 86

"Siluet və Güllər” – Moda və incəsənətin çiçək dilində danışan dialoqu  

\"Siluet və Güllər” – Moda və incəsənətin çiçək dilində danışan dialoqu  

CƏMİYYƏT

422

10.06.2025, 15:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakının tarixi nəfəsini daşıyan Daş Salnamə Muzeyində keçirilən “Siluet və Güllər” adlı tədbir, modanın incəsənətlə, incəsənətin isə güllərlə qovuşduğu unikal estetik platformaya çevrildi. Misra Production-un təşkilatçılığı, Akhad Azərbaycan və florist Yusif Xəlilovun təşəbbüsü ilə gerçəkləşən bu tədbir, iştirakçılara həm vizual, həm də emosional baxımdan yaddaqalan bir axşam bəxş etdi.

Oxu24.com  xəbər  verir    ki, gecənin əsas məqsədi florist Yusif Xəlilovun unikal əl işlərini və dizayner Lala Akhadın yeni moda kolleksiyasını təqdim etmək idi. Floristin “THE LAST HUMAN #9” adlı son işi ilk dəfə olaraq məhz bu tədbirdə Azərbaycan tamaşaçısına təqdim olundu. Həmçinin, onun məşhur brilliant buketinin replikası da ilk dəfə məhz bu məkanda sərgiləndi.

Gecədə nümayiş olunan geyimlər yalnız zərif siluetləri ilə deyil, güllərdən ilhamlanan incə işləmələri ilə də diqqət çəkdi. Hər bir model qadın zərifliyini və daxili gücünü vizual dildə ifadə edirdi. Xüsusi olaraq minlərlə təbii güldən hazırlanan florist əsərləri məkanı bir sənət qalereyasına çevirdi. Hər gül seçimi, rəng ahəngi və düzülüş ustalıqla işlənmişdi. Bu kompozisiyalar Misra Production-un incəsənətə və detala verdiyi önəmi də aydın şəkildə nümayiş etdirdi.

Tədbirin floristikasında istifadə olunan bütün güllər Azerbaijan Flowers Company tərəfindən təmin olunmuş, məkanın hər guşəsi canlı və duyğusal bir sənət əsərinə çevrilmişdi.

Podiumda nümayiş olunan kolleksiya özündə həm estetik zərifliyi, həm də emosional dərinliyi daşıyırdı. Geyimlərin hər detalı güllərlə tamamlanmış, formalar isə qadın gözəlliyini incəliklə vurğulamışdı. Tədbirin dekorasiyasında güllər yalnız aksesuar kimi deyil, konseptual ifadə vasitəsi kimi çıxış edirdi məkan poetik bir səhnəyə çevrilmişdi.

Gecəyə canlı musiqilər rəng qatdı. Keçirilən moda nümayişi isə tamaşaçılara estetik zövqün və peşəkar yanaşmanın vəhdətini yaşatdı.

Tədbirin baş sponsoru olan AA Food, bu mədəni layihənin yüksək səviyyədə keçirilməsinə öz dəstəyini göstərdi.

“Siluet və Güllər”  sadəcə bir moda nümayişi deyil, qadın yaradıcılığının, estetik baxışın və sənət sevgisinin təntənəsi kimi yadda qaldı.

Qeyd edək ki, Yusif Xəlilov dünyanın ən bahalı buketinin müəllifidir. Onun brilliantlarla hazırladığı buketin qiyməti isə, 1.7 milyon dollar olub.

Pərvin Şakirqızı

Türkiyədə 4,3 bal gücündə zəlzələ baş verib 

21:38 / 17 Noyabr 2026

DÜNYA DÜNYA

Türkiyədə 4,3 bal gücündə zəlzələ baş verib 

165

0
ABŞ İranın cənubuna zərbələr endirdi 

21:20 / 17 Noyabr 2026

DÜNYA DÜNYA

ABŞ İranın cənubuna zərbələr endirdi 

165

0
Salyanda avtomobil piyadanı vuraraq öldürüb 

21:11 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Salyanda avtomobil piyadanı vuraraq öldürüb 

165

0
Böyük Britaniya Ukraynaya 1000-dən çox hava hücumundan müdafiə raketi verəcək

20:45 / 17 Noyabr 2026

DÜNYA DÜNYA

Böyük Britaniya Ukraynaya 1000-dən çox hava hücumundan müdafiə raketi verəcək

157

0
2027-ci ildə sosial ödənişlər artırılacaq: Büdcədən əhaliyə nə qədər vəsait ayrılır? — İqtisadçı AÇIQLADI  

20:39 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

2027-ci ildə sosial ödənişlər artırılacaq: Büdcədən əhaliyə nə qədər vəsait ayrılır? — İqtisadçı AÇIQLADI  

227

0
 Şantaj yolu ilə pul və ya əmlak tələb edənləri hansı cəza gözləyir? – VƏKİLDƏN AÇIQLAMA  

20:23 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

 Şantaj yolu ilə pul və ya əmlak tələb edənləri hansı cəza gözləyir? – VƏKİLDƏN AÇIQLAMA  

197

0
Xolesterinin yüksək olduğunu göstərən 5 əlamət: Bəziləri göz ətrafında, bəziləri isə dəridə üzə çıxır – KARDİOLOQ DANIŞDI  

20:12 / 17 Noyabr 2026

TİBB TİBB

Xolesterinin yüksək olduğunu göstərən 5 əlamət: Bəziləri göz ətrafında, bəziləri isə dəridə üzə çıxır – KARDİOLOQ DANIŞDI  

243

0
Samuxda minik maşını aşıb, xəsarət alanlar var 

19:59 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Samuxda minik maşını aşıb, xəsarət alanlar var 

173

0
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb

19:51 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb

178

0
Ölümdən sonra yaşamaq: bir insanın orqanları neçə həyata ümid ola bilər? -  TƏHLİL

19:40 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Ölümdən sonra yaşamaq: bir insanın orqanları neçə həyata ümid ola bilər? -  TƏHLİL

341

0
Bakı-London münasibətlərində yeni dövr: Strateji Tərəfdaşlıq Bəyannaməsi nələr vəd edir? — AÇIQLAMA  

19:39 / 17 Noyabr 2026

SİYASƏT SİYASƏT

Bakı-London münasibətlərində yeni dövr: Strateji Tərəfdaşlıq Bəyannaməsi nələr vəd edir? — AÇIQLAMA  

179

0
Tələbə VƏFAT ETDİ -FOTO

19:28 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Tələbə VƏFAT ETDİ -FOTO

1248

0