Azərbaycan nefti bahalaşıb
18 Noyabr 2026, 10:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
929
06.06.2025, 12:52
Pirqulu stansiyasından 15 km şimal-şərqdə Şamaxı və Xızı rayonlarında 3,6 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Oxu24.com-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublİka Seysmoloji Xİdmət Mərkəzindən məlumat verilib.
Zəlzələ episentrdə 4 bal, Şamaxı və Xızı rayonlarının episentrə yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.
Bildirilib ki, yerli vaxtla 10:18-də qeydə alınmış yeraltı təkanların ocağı 5 km dərinlikdə yerləşib.
Xatırladaq ki, dünən yerli vaxtla 16:02-də Şamaxı və Xızıda 3,7maqnitudalı, dərinliyi 7 km olan zəlzələ baş vermişdi. Yeraltı təkan episentrdə 4 bal, Şamaxı və Xızı rayonlarının yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.
Son günlər ard-arda davam edən zəlzələrlə bağlı təşvişə ehtiyac yoxdur.
Oxu24.com xəbər verir ki, bunu Report-a açıqlamasında AMEA nəzdində espublİka Seysmoloji Xİdmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, 3 və 3-dən yuxarı maqnitudada təkanların olması ilə bağlı məlumatlar verilir, lakin xırda təkanlar da olur:
"Bu cür xırda təkanların olması enerji boşalmasıdır. Lakin təhlükəli, yəni maqnitudası 7 olan zəlzələ ehtimalı yoxdur. Hiss edilən zəlzələlər ola bilər".
Baş direktor əlavə edib ki, heç bir təşvişə ehtiyac yoxdur.
Xatırladaq ki, dünən yerli vaxtla 16:02-də Şamaxı və Xızıda 3,7maqnitudalı, dərinliyi 7 km olan zəlzələ baş vermişdi. Yeraltı təkan episentrdə 4 bal, Şamaxı və Xızı rayonlarının yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub. Bu gün səhər saatlarında Şamaxıda 3,2, Şamaxı və Xızı rayonlarında 3,6 maqnitudalı zəlzələ qeydə alınıb.
10:21 / 18 Noyabr 2026
1
10:18 / 18 Noyabr 2026
21
10:14 / 18 Noyabr 2026
30
10:01 / 18 Noyabr 2026
60
09:11 / 18 Noyabr 2026
80
08:32 / 18 Noyabr 2026
99
00:38 / 18 Noyabr 2026
160
23:54 / 17 Noyabr 2026
163
23:36 / 17 Noyabr 2026
180
23:10 / 17 Noyabr 2026
174
23:03 / 17 Noyabr 2026
335
22:45 / 17 Noyabr 2026
197
22:22 / 17 Noyabr 2026
169
22:08 / 17 Noyabr 2026
411
21:51 / 17 Noyabr 2026
159
21:38 / 17 Noyabr 2026
171
21:20 / 17 Noyabr 2026
167
21:11 / 17 Noyabr 2026
168
20:45 / 17 Noyabr 2026
160
20:39 / 17 Noyabr 2026
231
20:23 / 17 Noyabr 2026
200
20:12 / 17 Noyabr 2026
246
19:59 / 17 Noyabr 2026
174
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.