Ramil Səfərovun xanımına bu VƏZİFƏ VERİLDİ
14 Dekabr 2025, 01:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
344
04.05.2025, 18:07
Səhər yeməyi sadəcə günə başlamaq üçün deyil, həm də sağlam həyatın təməl şərtidir.
Oxu24.com xəbər verir ki, Kaliforniyada fəaliyyət göstərən tibbi onkoloq və hematoloq Dr. Tinqinq Tan hesab edir ki, səhər yeməyi xərçəng riskinin azaldılmasında mühüm rol oynayır və bu vərdişi laqeyd yanaşmaq olmaz.
Dr. Tan hər səhər eyni, sadə, lakin qidalı yeməklə günə başlayır: yulaf ezmesi, təzə meyvələr və qoz-fındıq. Bahalı əlavələr və ya ekzotik "superfood"lara ehtiyac olmadan bu qarışımın güclü xərçəng əleyhinə təsiri ola bilər.
Yulaf əzməsi: bağırsaq üçün qalxan
Yulaf tam taxıl olaraq fitoestrogenlər, antioksidantlar və liflə zəngindir. Bu maddələr xərçənglə mübarizədə mühüm rol oynayır. Araşdırmalar göstərir ki, yüksək lif qəbulu xüsusilə yoğun bağırsaq xərçəngi riskini azalda bilər. Yarım stəkan yulaf təxminən 5 qram lif ehtiva edir.
Dr. Tanın tövsiyə etdiyi “Mavi giləmeyvə və pekanlı kremli yulaf əzməsi” resepti isə 6 qram lif təmin edərək gündəlik ehtiyacın 21%-ni qarşılayır.
Həmçinin oxuyun
Tünd meyvələr: antioksidant gücü
Qaragilə kimi giləmeyvələr fitokimyəvi maddələrlə zəngindir. Bu maddələr iltihabı azaldır və hüceyrə zədələnməsinin qarşısını alır. Elmi sübutlara əsasən, bu tip meyvələr təkcə xərçəng riskini azaltmır, həm də xərçəngönü hüceyrələrin inkişafının qarşısını almaqda köməkçi olur.
Qoz-fındıq: iltihab əleyhinə təsir
Qoz, badam və pekan kimi çərəzlər sağlam yağlar, lif və bitki mənşəli proteinlərlə zəngindir. Onların tərkibindəki polifenollar bağırsaq florasını dəstəkləyir. 2018 və 2021-ci illərdə aparılan araşdırmalar qoz-fındığın bağırsaq mikrobiotasını gücləndirdiyini və kolon xərçəngi riskini azalda biləcəyini göstərib.
Dr. Tan qeyd edir: “Qozun iltihab əleyhinə təsiri var və bu da xroniki iltihabla xərçəng arasında olan güclü əlaqəni zəiflədə bilər”.
01:21 / 14 Dekabr 2025
213
00:52 / 14 Dekabr 2025
258
00:43 / 14 Dekabr 2025
85
00:04 / 14 Dekabr 2025
126
23:47 / 13 Dekabr 2025
729
23:44 / 13 Dekabr 2025
44
23:30 / 13 Dekabr 2025
54
22:45 / 13 Dekabr 2025
317
22:30 / 13 Dekabr 2025
98
22:28 / 13 Dekabr 2025
115
22:22 / 13 Dekabr 2025
124
22:11 / 13 Dekabr 2025
244
21:58 / 13 Dekabr 2025
404
21:34 / 13 Dekabr 2025
1067
21:21 / 13 Dekabr 2025
84
21:19 / 13 Dekabr 2025
113
21:15 / 13 Dekabr 2025
82
21:02 / 13 Dekabr 2025
75
20:49 / 13 Dekabr 2025
379
20:44 / 13 Dekabr 2025
97
20:36 / 13 Dekabr 2025
86
20:26 / 13 Dekabr 2025
81
20:01 / 13 Dekabr 2025
288
19:53 / 13 Dekabr 2025
101
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.