"Nənəmin təndiri"də yanğın oldu - Video
19 Noyabr 2026, 00:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
383
29.04.2025, 15:29
Boşanma sayının artmasına səbəb olan həm də Tiktok və İnstaqramda özünü "münasibət mütəxəssisi" kimi qələmə verən, əslində özlərinin heç bir ciddi və uzun ömürlü münasibəti olmayan şarlatan və maskalı insanlardır.
Oxu24.com xəbər verir ki, bu sözləri hüquqşünas Fərhad Mehdiyev qeyd edib.
“Məsələn rəfiqəsi ilə kafedə oturan qız rəfiqəsini kameradan kənarlaşdırır. Masada 2 ədəd qədəh var və yazır: "Hər görüşünüz ilk görüşünüz kimi həyəcanlı olmalıdır". Bunu oxuyan, 2 uşaq anası olan Fatmanisə gözləyir ki, əri evə gələndə əlində buket gətirsin. Günlük 30-40 manat qazanan əri Mamed də, uşağın repetitor pulunun vaxtını gəldiyini düşünərək, 1-2 saat artıq işləməli olur. Axşam evə gec gəlir, başını atıb yatır. Fatmanisə də düşünür ki, Mamed onu artıq sevmir. Əslində isə Fatmanisəni sevməyə problemlər şərait yaratmır. Bir də bunu qeyd etməyi unutmuşdum: axı müxtəlif terapevtlər də Fatmanisəni inandırıb ki, talehi öz əlindədir, özü işləyib milyoner ola bilər. O da verir boşanmaya, ailə olur pərişan”, - F.Mehdiyev bildirib.
Hüquqşünas əlavə edib ki, gənclər yuva qurmaq üçün evlənmir:
“İlkin tanışıqlıq vaxtı yaşadıqları o həyəcan üçün ailə qururlar, amma o həyəcan təbii olaraq kəsilir, o romantik görüşlər artıq olmur. Onların yerinə daha əvvəl valideyinlərin çəkdikləri məişət problemləri üzə çıxır və həllini gözləyir-bunun da sonunun necə olduğu bəllidir”.Axar.az
00:22 / 19 Noyabr 2026
147
23:10 / 18 Noyabr 2026
103
22:45 / 18 Noyabr 2026
99
22:40 / 18 Noyabr 2026
101
22:25 / 18 Noyabr 2026
101
22:25 / 18 Noyabr 2026
109
22:15 / 18 Noyabr 2026
102
22:11 / 18 Noyabr 2026
115
21:55 / 18 Noyabr 2026
109
21:53 / 18 Noyabr 2026
289
21:40 / 18 Noyabr 2026
123
21:26 / 18 Noyabr 2026
119
21:20 / 18 Noyabr 2026
119
21:09 / 18 Noyabr 2026
123
21:03 / 18 Noyabr 2026
479
20:53 / 18 Noyabr 2026
148
20:50 / 18 Noyabr 2026
126
20:45 / 18 Noyabr 2026
336
20:42 / 18 Noyabr 2026
178
20:40 / 18 Noyabr 2026
136
20:34 / 18 Noyabr 2026
144
20:28 / 18 Noyabr 2026
138
20:19 / 18 Noyabr 2026
801
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.