"Nənəmin təndiri"də yanğın oldu - Video
19 Noyabr 2026, 00:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
411
28.04.2025, 13:29
Mayın 28-dək η-Aquariid meteor yağışı aktiv olacaq.
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından Oxu24.com-a verilən xəbərə görə, yağışın maksimumu isə mayın 6-da gözlənilir.
η-Aquariid meteor yağışı hər il Yerin Halley kometinin orbitində buraxdığı toz hissəciklərinin içindən keçməsi nəticəsində yaranır. Bu hissəciklər Yer atmosferinə daxil olduqda parlaq işıqlı izlər – "axan ulduzlar" əmələ gətirir.
η-Aquariid yağışının mənşəyi Halley kometidir. Bu, astronomiyada müşahidə olunmuş ən qədim kometlərdən biridir. Maraqlıdır ki, Halley kometi həm mayda müşahidə olunan η-Aquariid, həm də oktyabrda baş verən Orionid meteor yağışlarının səbəbidir.
Halley kometinin Günəş ətrafında dolanma periodu 76 ildir. O, son dəfə 1986-cı ildə görünüb. Növbəti dəfə 2061-ci ildə görünəcək. Məşhur ingilis astronomu Edmond Halley 1705-ci ildə bu kometin 1531, 1607 və 1682-ci illərdə görünən kometlərlə eyni cisim olduğunu sübut edib. Onun şərəfinə kometin adı Halley adlandırılıb.
Meteor yağışı mənbəyi (radiantı) Dolça (Aquarius) bürcündə η Aquariid ulduzunun yaxınlığında olduğu üçün bu adı alıb. Meteorların trayektoriyası göydə bu nöqtədən şüalanırmış kimi görünür, lakin ən yaxşı müşahidə üçün radianta birbaşa yox, 30–40° uzaq sahəyə baxmaq tövsiyə olunur.
η-Aquariid meteor yağışının Bakıdan ən yaxşı müşahidə vaxtı mayın 5-dən 6-na keçən gecə saat 02:15-05:00 arası olacaq. Yağışın mənbəyi maksimumda Bakı üçün üfüqdən 29° hündürlükdə olacaq. İdeal şəraitdə gözlənilən meteor sayı saatda 40-a çatacaq. Bakıda isə bir saatda maksimum 19-20 meteor müşahidə edilə bilər.
η-Aquariid meteor yağışı 2025-ci ildə gözlənilən ən gözəl təbiət hadisələrindən biridir.
00:22 / 19 Noyabr 2026
147
23:10 / 18 Noyabr 2026
103
22:45 / 18 Noyabr 2026
99
22:40 / 18 Noyabr 2026
101
22:25 / 18 Noyabr 2026
101
22:25 / 18 Noyabr 2026
109
22:15 / 18 Noyabr 2026
102
22:11 / 18 Noyabr 2026
115
21:55 / 18 Noyabr 2026
109
21:53 / 18 Noyabr 2026
289
21:40 / 18 Noyabr 2026
123
21:26 / 18 Noyabr 2026
119
21:20 / 18 Noyabr 2026
119
21:09 / 18 Noyabr 2026
123
21:03 / 18 Noyabr 2026
479
20:53 / 18 Noyabr 2026
148
20:50 / 18 Noyabr 2026
126
20:45 / 18 Noyabr 2026
336
20:42 / 18 Noyabr 2026
178
20:40 / 18 Noyabr 2026
136
20:34 / 18 Noyabr 2026
144
20:28 / 18 Noyabr 2026
138
20:19 / 18 Noyabr 2026
801
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.