"Nənəmin təndiri"də yanğın oldu - Video
19 Noyabr 2026, 00:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
422
27.04.2025, 17:42
Bir çox tərəvəzlər var ki, ilk baxışda diqqət çəkmir, hətta süfrədə kənarda qalır. Amma tərkibindəki vitamin, mineral və liflərlə bədən üçün əsl möcüzə sayılır.
OXU24.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, görünüşcə kiçik olsa da, həzm sistemindən sümük sağlamlığına, enerjidən immunitetə qədər bir çox sahədə orqanizmi dəstəkləyən bu gizli qəhrəman - bamya, müntəzəm qəbul edildikdə təsirini qısa müddətdə göstərir.
Bağırsaqları hərəkətə gətirir, qan şəkərini tənzimləyir
Bamya çox vaxt sürüşkən quruluşuna görə süfrələrdə o qədər də sevilməsə də, sağlamlıq baxımından əsl təbii möcüzədir. Lif, vitamin və minerallarla zəngin olan bu tərəvəz bağırsaq sistemindən dərinin qorunmasına, immunitetdən qan şəkərinin tənzimlənməsinə qədər bir çox sahədə bədəni dəstəkləyir.
Bamya həm həll olunan, həm də həll olunmayan liflərlə zəngindir. Bu xüsusiyyəti ilə həzmi yaxşılaşdırır, bağırsaqların sağlam işləməsinə kömək edir, qəbizlik kimi problemləri aradan qaldırır. Eyni zamanda bağırsaq florasını qoruyur və uzun müddətli həzm sağlamlığını dəstəkləyir.
Ürək və damar sağlamlığı üçün də faydalıdır
Bamyanın jelatinə bənzər quruluşu xolesterin sorulmasını azalda bilər. Bu da ürək-damar xəstəlikləri riskini azaltmağa kömək edir. Aşağı glisemik indeksə malik olduğu üçün qan şəkərini balanslaşdırır və xüsusilə şəkərli diabet xəstələri üçün faydalı hesab olunur.
İmmunitet sistemini gücləndirir
Tərkibindəki C vitamini, A vitamini, beta-karotin və flavonoidlər kimi güclü antioksidantlar sayəsində bamya orqanizmi sərbəst radikallardan qoruyur, hüceyrə zədələnməsinin qarşısını alır və immuniteti gücləndirir. Mövsüm dəyişikliklərində xəstəliklərdən qorunmaq üçün ideal seçimdir.
Sümüklər üçün təbii dəstək
Kalsium, maqnezium və K vitamini ilə zəngin olan bamya sümüklərin güclənməsinə yardımçı olur. Osteoporoza (sümük əriməsi) qarşı qoruyucu təsirə malikdir və müntəzəm istifadə edildikdə skelet sistemini möhkəmləndirir.
Hamiləlik dövründə də vacibdir
Folat (B9 vitamini) baxımından zəngin olan bamya, xüsusilə hamiləlik dövründə dölün sinir sistemi inkişafı üçün mühüm rol oynayır. Eyni zamanda beyin funksiyalarını dəstəkləyərək diqqəti artırmağa kömək edir.
Zeytun yağlı və ya ət ilə - fərq etməz, əsas odur ki, bamya süfrədə olsun!
Kiçik görünüşünə baxmayaraq, bamya sağlam bir həyatın ayrılmaz hissəsinə çevrilə bilər. Mövsümündə təzə olaraq və ya dondurularaq il boyu istifadə oluna bilər.
00:22 / 19 Noyabr 2026
147
23:10 / 18 Noyabr 2026
103
22:45 / 18 Noyabr 2026
99
22:40 / 18 Noyabr 2026
101
22:25 / 18 Noyabr 2026
101
22:25 / 18 Noyabr 2026
109
22:15 / 18 Noyabr 2026
102
22:11 / 18 Noyabr 2026
115
21:55 / 18 Noyabr 2026
109
21:53 / 18 Noyabr 2026
289
21:40 / 18 Noyabr 2026
123
21:26 / 18 Noyabr 2026
119
21:20 / 18 Noyabr 2026
119
21:09 / 18 Noyabr 2026
123
21:03 / 18 Noyabr 2026
479
20:53 / 18 Noyabr 2026
148
20:50 / 18 Noyabr 2026
126
20:45 / 18 Noyabr 2026
336
20:42 / 18 Noyabr 2026
178
20:40 / 18 Noyabr 2026
136
20:34 / 18 Noyabr 2026
144
20:28 / 18 Noyabr 2026
138
20:19 / 18 Noyabr 2026
801
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.