"Nənəmin təndiri"də yanğın oldu - Video
19 Noyabr 2026, 00:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
412
27.04.2025, 13:13
Bir çox mağazada yumurtaların üzərində istehsal tarixi qeyd olunsa da, onların son istifadə tarixi adətən yazılmır. Hətta elə hallar da olur ki, ümumiyyətlə heç bir tarix məlumatı olmur.
Belə vəziyyətdə alıcılar məhsulun təzə və ya köhnə olduğunu necə müəyyən edə bilər?
Oxu24.com milli.az-a istinadla xəbər verir ki, satıcıların sözlərinə görə, kənd təsərrüfatı məhsulu olan sarı yumurtaların üzərində tarix göstərilmir, çünki onlar ev şəraitində istehsal olunur. Amma ağ rəngli yumurtalarda istehsal tarixi yazılır və onların təxminən bir aylıq saxlanma müddəti olur.
Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov bildirir ki, yumurtanın qabığının altındakı hava boşluğu çox kiçikdirsə və ya ümumiyyətlə yoxdursa, bu onun təzə olduğuna işarədir. Onun sözlərinə görə, qaynadılmış yumurtanın sarısı göyümtül rəng alırsa, bu artıq onun köhnə olduğunu göstərir.
Ekspertin qeyd edir ki, yumurtaların üzərində həm istehsal, həm də son istifadə tarixləri mütləq şəkildə qeyd edilməlidir. Soyuq şəraitdə saxlandıqda isə onların yararlılıq müddəti bir aya qədər uzana bilər.
Məsələ ilə bağlı AQTA-dan bildirildi ki, beynəlxalq sənədlərdə qeyd olunur ki yumurta məhsulunun üzərində istehsal tarixi və 28 gün etibarlılıq tarixi öz əksini tapmalıdır. Həmin qaydaların 5.49-cu bəndinə əsasən satışa yararlılıq müddəti müəyyən olunmuş malları istehsalçıya ondan təyinatı üzrə istifadə edə biləcəyi müddəti nəzərə alaraq verməyə borcludur.
00:22 / 19 Noyabr 2026
147
23:10 / 18 Noyabr 2026
103
22:45 / 18 Noyabr 2026
99
22:40 / 18 Noyabr 2026
101
22:25 / 18 Noyabr 2026
101
22:25 / 18 Noyabr 2026
109
22:15 / 18 Noyabr 2026
102
22:11 / 18 Noyabr 2026
115
21:55 / 18 Noyabr 2026
109
21:53 / 18 Noyabr 2026
289
21:40 / 18 Noyabr 2026
123
21:26 / 18 Noyabr 2026
119
21:20 / 18 Noyabr 2026
119
21:09 / 18 Noyabr 2026
123
21:03 / 18 Noyabr 2026
479
20:53 / 18 Noyabr 2026
148
20:50 / 18 Noyabr 2026
126
20:45 / 18 Noyabr 2026
336
20:42 / 18 Noyabr 2026
178
20:40 / 18 Noyabr 2026
136
20:34 / 18 Noyabr 2026
144
20:28 / 18 Noyabr 2026
138
20:19 / 18 Noyabr 2026
801
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.