"Nənəmin təndiri"də yanğın oldu - Video
19 Noyabr 2026, 00:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
358
23.04.2025, 23:58
Ayağına prosedur etdirən paytaxt sakini Zarina Minkovskaya aylardır ki, irin axdığını iddia edir.
Oxu24.com-un məlumatına görə, şikayətçi deyir ki, görünüşü yaxşı olsun deyə 5-6 il əvvəl "VMR Estetik" klinikasının kosmetoloqu Gülsüm Əliyeva tərəfindən onun ayağına gel vurulub.
Ötən il isə o yenidən həmin həkimə eyni prosedur üçün müraciət edib. Amma bu dəfə prosedurun gel ilə yox, başqa formada ediləcəyini deyiblər.
Vətəndaş bildirir ki, prosedurdan sonra iki ayağınında çox şiddətli ağrılar olub. O, özü müayinəyə gedib.
Zarina Minkovskaya iddia edir ki, həmin müddətdə yeriyə bilmədiyinə görə işini itirib. O bildirir ki, kosmetoloq cərrahi prosesin ödənişini öz üzərinə götürsə də, sadəcə xəstəxana ödənişini edib.
Məsələ ilə bağlı suallara özünü klinikanın hüquqşünası kimi təqdim edən Seyid Həsənov cavab verib. O bildirdi ki, Zarina Minkovskayanın açıqlamalarının çoxu həqiqətə uyğun deyil:
"Gülsüm Əliyeva kosmetoloqdur, o, pasiyent üzərində heç bir cərrahi əməliyyat aparmayıb, prosedur edib. Sadəcə Zarina Minkovskaya prosedurdan sonra olan gigiyena qaydalarına əməl etməyib. Biz bütün açıqlama, videogörüntülərlə bağlı aidiyyəti orqanlara müraciət etmişik. O xanımı öyrədiblər, məsələləri təhrif edir. Pasiyentin ödəniş xərcləri Gülsüm Əliyeva tərəfindən qarşılanıb. Bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Yekun qərar çıxanda, təqdim edəcəyik".
"Xəzər TV"nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:
00:22 / 19 Noyabr 2026
147
23:10 / 18 Noyabr 2026
103
22:45 / 18 Noyabr 2026
99
22:40 / 18 Noyabr 2026
101
22:25 / 18 Noyabr 2026
101
22:25 / 18 Noyabr 2026
109
22:15 / 18 Noyabr 2026
102
22:11 / 18 Noyabr 2026
115
21:55 / 18 Noyabr 2026
109
21:53 / 18 Noyabr 2026
289
21:40 / 18 Noyabr 2026
123
21:26 / 18 Noyabr 2026
119
21:20 / 18 Noyabr 2026
119
21:09 / 18 Noyabr 2026
123
21:03 / 18 Noyabr 2026
479
20:53 / 18 Noyabr 2026
148
20:50 / 18 Noyabr 2026
126
20:45 / 18 Noyabr 2026
336
20:42 / 18 Noyabr 2026
178
20:40 / 18 Noyabr 2026
136
20:34 / 18 Noyabr 2026
144
20:28 / 18 Noyabr 2026
138
20:19 / 18 Noyabr 2026
801
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.