Qaynar xətt:

(+99450) 247 90 86

Güclü maqnit qasırğası yaxınlaşır - 3 gün davam edəcək

Güclü maqnit qasırğası yaxınlaşır - 3 gün davam edəcək

CƏMİYYƏT

323

21.04.2025, 09:37

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Genişmiqyaslı koronal dəlik səbəbindən Günəşdə formalaşan maqnit qasırğaları Yeri təsir altına alacaq.

Oxu24.com  xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutu məlumat yayıb.

20 aprel tarixində geomaqnit şərait sakit qalacaq, lakin artıq 21 aprel axşamından etibarən aktivliyin kəskin şəkildə artacağı və güclü maqnit qasırğası ehtimalının 80%-ə çatacağı gözlənilir. 

22 aprel tarixində geomaqnit pozuntularının riski 85%-ə yüksələcək. 23-24 aprel tarixlərində isə G2 sinifinə aid olan güclü maqnit qasırğalarının pik səviyyəsi baş verəcək. Maqnit fonunun sabitləşməsi isə 25-29 aprel tarixləri arasında gözlənilir.