Vətəndaşlarımız niyə internet kanallarımızı peyk vasitəsi ilə izləyə bilmirlər? - PROBLEM
30 İyul 2025, 13:15
Qaynar xətt:
(+99450) 247 90 86Güzəştli şərtlərlə pensiyaya belə çıxmaq olacaq — Ekspert açıqladı
CƏMİYYƏT
1381
17.04.2025, 19:25
“Əmək pensiyaları haqqında" Qanuna edilən yeni dəyişikliklərə əsasən, güzəştli şərtlər ilə pensiyaya çıxan bir sıra vətəndaşlarımızın, o cümlədən çox uşaqlı anaların güzəşt müddətində pensiyaları dövlət büdcəsindən ödəniləcək.
Dünən bu dəyişikliklər Milli Məclisin Əmək və sosial siyasət komitəsində ikinci oxunuşda qəbul olunaraq plenar iclasa tövsiyə edildi.
Oxu24.com xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov paylaşım edib.
O qeyd edib ki, bu dəyişiklik ilə əlaqədar ünvanlanan suallardan bir qismi də yaşa görə müavinət alanların güzəşt hüququ və vəsaitin ödənilməsi ilə bağlıdır. "Qanunvericiliyə əsasən, əmək pensiyası almaq hüququ olmayan vətəndaşlarımız da güzəştli şərtlərlə daha tez müavinət almaq imkanına malik olurlar. Belə ki, qanunvericiliyə əsasən, əmək pensiyası almaq üçün ya minimum pensiya kapitalını toplamaq və ya 25 il iş təcrübəsi tələb olunur. Hazırda Azərbaycanda pensiya amnistiyası tətbiq olunduğu üçün 2018-ci il iyulun 1-dək hesabında hətta bir manat yığımı olanlar da pensiya almaq hüququna malikdirlər. Amma bu şərtlərin heç biri olmadığı halda yaşa görə müavinət ödənilir".
İqtisadçı bildirib ki, "Sosial müavinətlər haqqında" Qanuna əsasən, beş və daha çox uşağı olan qadınların, uşaqların səkkiz yaşınadək sağ olması şərti ilə yaş həddi beş il azaldılmaqla yaşa görə müavinət təyin olunur. Yəni həmin analar 59 yaşında sözügedən müavinəti almağa başlayırlar.
Həmçinin oxuyun
"Eyni zamanda, əlilliyi müəyyən edilmiş uşağı olan qadınların, uşaqların səkkiz yaşınadək sağ olması şərti ilə müavinəti almaq yaş həddi beş il azaldılır.
Göründüyü kimi, əmək pensiyaları hüququ kimi güzəştli şərtlər ilə yaşa görə müavinət də beş il daha tez təyin olur. Yəni əgər bu kateqoriya üzrə qadın bu hüququndan istifadə edirsə, o zaman 59, kişiyə şamil olunursa, o halda 60 yaşında müavinəti ala bilər.
Hazırda bu müavinət hər hansı dövlət qurumuna müraciət edilmədən, heç bir sənəd təqdim edilmədən proaktiv qaydada təyin edilir. Eyni zamanda, sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə, ən çoxu müraciət edildiyi tarixdən əvvəlki üç il üçün ödənilir", - deyə V.Bayramov qeyd edib.
14:32 / 30 İyul 2025
Altay Respublikasında zəlzələ baş verib
1
14:29 / 30 İyul 2025
Çin və Rusiya arasında birgə təlimlər olacaq
5
14:17 / 30 İyul 2025
Tramp bildirib ki, Si Cinpin onu Çinə dəvət etmək istəyir
9
14:09 / 30 İyul 2025
ABŞ Fransanın Fələstini tanımasını nasistlərin qələbəsi ilə müqayisə edir
14
13:55 / 30 İyul 2025
ABŞ Çinin üstünlüyünü tanıdı
13
13:33 / 30 İyul 2025
Prezident Sərəncam imzaladı
348
13:28 / 30 İyul 2025
Yapon Vanqa 2025-ci ilin iyulunda zəlzələ olacağını proqnozlaşdırıbmış
24
13:25 / 30 İyul 2025
Somaliland ABŞ-yə nə təklif edir?
18
13:15 / 30 İyul 2025
Vətəndaşlarımız niyə internet kanallarımızı peyk vasitəsi ilə izləyə bilmirlər? - PROBLEM
124
13:05 / 30 İyul 2025
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
106
13:02 / 30 İyul 2025
ABŞ-da onlarla ravvin saxlanılıb
29
12:56 / 30 İyul 2025
Zəlzələ o qədər güclü oldu ki,ağ BALİNALAR sahilə çıxdı - VİDEO
28
12:41 / 30 İyul 2025
İşləməyə Rusiyaya gedənlərə pis xəbər — Qalmaqallı qadağa barədə detallar
108
12:16 / 30 İyul 2025
SON DƏQİQƏ! Rusiya məşhur azərbaycanlını axtarışa VERDİ
496
12:15 / 30 İyul 2025
Pensiya ilə bağlı mühüm xəbər: bu şəxslər tez çıxa bilər – 10 il…
70
12:05 / 30 İyul 2025
Tailand gərginlik ərəfəsində bunu QADAĞAN ETDİ
43
11:58 / 30 İyul 2025
Nəhəng vulkan belə PÜSGÜRDÜ - ANBAAN
45
11:52 / 30 İyul 2025
Ədliyyə Nazirliyindən üzərliklə bağlı vətəndaşlara XƏBƏRDARLIQ
45
11:50 / 30 İyul 2025
Bu diplomlar tanınmadı
44
11:40 / 30 İyul 2025
Azərbaycanlılar bu ölkədən deportasiya EDİLDİ
799
11:32 / 30 İyul 2025
Litva pilotsuz təyyarələri vurmağa hazırlaşır
48
11:27 / 30 İyul 2025
Prezident onu təbrik etdi
46
11:25 / 30 İyul 2025
Çin Ukraynanın xarici siyasətinə görə fikir ayrılığına düşüb
43
11:19 / 30 İyul 2025
Hollandiya -İsrail qarşıdurması
36
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.