Qaynar xətt:

(+99450) 247 90 86

“Qəhrəmanların izi ilə: Aprel Döyüşləri” adlı tədbir keçirilib

“Qəhrəmanların izi ilə: Aprel Döyüşləri”  adlı tədbir keçirilib

CƏMİYYƏT

514

11.04.2025, 14:45

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Dövlət Iqtisad Universitetində Türk Dünyası İqtisad Fakültəsi,Türk Dünyası Gənclər Təşkilatı və İqtisadçı Vətənpərvərlər Təşkilatının birgə təşkilatçılığı ilə “Qəhrəmanların izi ilə: Aprel Döyüşləri”  adlı tədbir keçirilib. Tədbirdə  universitetin müəllim və tələbə heyəti, eləcə də Aprel döyüşlərində iştirak edən hərbçi və qazilər də iştirak edirdilər.

Tədbirin əvvəlində Vətən uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra, Azərbaycan himni səsləndi. Aprel döyüşlərindən və Zəfər tariximizdən bəhs edilən  qısa film izlənildi. 

Türk Dünyası Gənclər Təkilatının sədr müavini Ziyad Ağayev öz çıxışında bildirdi ki, torpaq üçün şəhid olan qəhrəmanlar heç vaxt unudulmur, biz isə onların iziylə şərəfli bir yolla addımlayırıq.  2016-cı ildə düşmən təxribatının qarşısını alamaq üçün başlanılan ilk həmləmiz Azərbaycanın – qəhrəmanlıq, birlik və sədaqət salnaməsinə çevrildi. Biz gənclər də onların xatirəsini əziz tutur, arzularının həyata keçməsini əməli işimizdə göstərməyə çalışırıq.

Universitetin Türk Dünyası İqtisad Fakültəsinin müəllimi Nəriman Məmmədov Aprel döyüşlərinin əhəmiyyətindən və eyni zamanda universitetin vətən uğrunda şəhid olan tələbələrindən danışdı. Qeyd etdi ki, Qarabağ döyüşlərində universitetin 48 tələbəsi şəhid olub. 

Aprel və Zəfər  döyüşlərinin iştirakçıları Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Əhliyət Mehdiyev, gizirlər Elvin Orucov, Xaqani Məmmədov və döyüşçü  Müseyib Qəhrəmanov da tələbələrə keçdikləri şanlı döyüş yolundan, dost itkisindən, şəhidlik mərtəbəsinin ucalığından və vətənin azadlığı uğrunda döyüşlərdə türk insanına məxsus olan döyüş ruhunun onlara güc verməsindən danışdılar. 

Aprel döyüşləri şəhidlərinin xatirəsinə və qazilərin keçdikləri qəhrəmanlıq yoluna həsr olunmuş tədbirdə  “Qalibiyyət: şahidlər və şəhidlər”  ikicildliyinin müəllifi , türk dünyasının araşdırmaçı yazarı, jurnalist Aida Eyvazlı Göytürk də iştirak edirdi.  Aida Eyvazlı Göytürk  2016-cı ilin ilk aprel günlərində başlanan döyüşün bugünkü qələbəmizin  müjdəçisi olduğunu dedi. Öz çıxışında  apreldə , həmin o zəfər ismarıcı ilə dolu olan günlərdə şəhid olan hər bir şəhidin ailəsinə baş çəkdiyini, döyüşün şahidlərinin  söhbətlərini  qələmə alarkən bu günkü Zəfərə inandığını söylədi.  Ali Baş Komandan İlham Əliyevin və onun müzəffər əsgərlərinin qazandığı Zəfəri türk dünyasının zəfəri, Qarabağın düşməndən  azad olmasını isə Türk Dövlətləri Təşkilatının yaranmasına bir ümid və inam verdiyini söylədi.

Fövqəladə Hallar Nazirliyinin Akademiyasının hərbi orkestrinin solisti, gizir Anar İlhamlı özünün bəstələdiyi qəhrəmanlıq mahnılarını ifa etdi.

Görüşün sonunda tələbələrlə xatirə şəkli çəkildi. 

"Onu bağışlamaq olarmı?" filmindəki Tərlan əslində KİMDİR?

23:10 / 18 Noyabr 2026

MARAQLI MARAQLI

"Onu bağışlamaq olarmı?" filmindəki Tərlan əslində KİMDİR?

185

0
Misir: Türkiyə ilə ticarət həcmi 2025-ci ildə 6,8 milyard dollara yüksəlib

22:45 / 18 Noyabr 2026

DÜNYA DÜNYA

Misir: Türkiyə ilə ticarət həcmi 2025-ci ildə 6,8 milyard dollara yüksəlib

162

0
Estoniya parlamenti Rusiya ilə sərhədin bağlanması haqqında qanunu birinci oxunuşda təsdiqləyib

22:40 / 18 Noyabr 2026

DÜNYA DÜNYA

Estoniya parlamenti Rusiya ilə sərhədin bağlanması haqqında qanunu birinci oxunuşda təsdiqləyib

158

0
Ukraynanın ombudsmanı Rusiya ilə yeni məhbus mübadiləsinin təfərrüatlarını açıqlayıb

22:25 / 18 Noyabr 2026

DÜNYA DÜNYA

Ukraynanın ombudsmanı Rusiya ilə yeni məhbus mübadiləsinin təfərrüatlarını açıqlayıb

167

0
Aldadılaraq imzalanan sənədlə ələ keçirilən torpaq geri qaytarıla bilərmi? – VƏKİLDƏN AÇIQLAMA  

22:25 / 18 Noyabr 2026

HÜQUQ HÜQUQ

Aldadılaraq imzalanan sənədlə ələ keçirilən torpaq geri qaytarıla bilərmi? – VƏKİLDƏN AÇIQLAMA  

180

0
Türkiyə Milli Futbol Komandası FİFA-nın dünya reytinqində 33-cü yerə düşüb

22:15 / 18 Noyabr 2026

İDMAN İDMAN

Türkiyə Milli Futbol Komandası FİFA-nın dünya reytinqində 33-cü yerə düşüb

180

0
Mövsüm dəyişikliyi ürək çatışmazlığı olan xəstələr üçün hansı təhlükələri yaradır? – KARDİOLOQ DANIŞDI  

22:11 / 18 Noyabr 2026

TİBB TİBB

Mövsüm dəyişikliyi ürək çatışmazlığı olan xəstələr üçün hansı təhlükələri yaradır? – KARDİOLOQ DANIŞDI  

197

0
İlk evlilik təklifini kim edib? Üzüyün sevgi rəmzinə çevrilməsinin maraqlı TARİXİ  

21:55 / 18 Noyabr 2026

MARAQLI MARAQLI

İlk evlilik təklifini kim edib? Üzüyün sevgi rəmzinə çevrilməsinin maraqlı TARİXİ  

185

0
Prezidentin Fərmanı nəyi DƏYİŞİR? - Ekspert mühüm DETALI AÇIQLADI

21:53 / 18 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Prezidentin Fərmanı nəyi DƏYİŞİR? - Ekspert mühüm DETALI AÇIQLADI

424

0
Antoine Lavoisier  haqqında maraqlı FAKTLAR

21:40 / 18 Noyabr 2026

DÜNYA DÜNYA

Antoine Lavoisier  haqqında maraqlı FAKTLAR

193

0
Avropa Birliyi ölkəsi Ukraynaya yardım göstərməkdən imtina edib

21:26 / 18 Noyabr 2026

DÜNYA DÜNYA

Avropa Birliyi ölkəsi Ukraynaya yardım göstərməkdən imtina edib

179

1
Parklanma qaydalarını pozan sürücüləri hansı məsuliyyət gözləyir?  

21:20 / 18 Noyabr 2026

HÜQUQ HÜQUQ

Parklanma qaydalarını pozan sürücüləri hansı məsuliyyət gözləyir?  

178

0