Qaynar xətt:

(+99450) 247 90 86

Bu gün İmam Zaman(ə.f)ın mübarək mövlud günüdür

Bu gün İmam Zaman(ə.f)ın mübarək mövlud günüdür

CƏMİYYƏT

2897

02.05.2018, 11:41

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\" Bu gün əsrin diri imamı vəd olunmuş Məhdi (xilaskar) - İmam Zaman(ə)ın mübarək movlud günüdür. Bu əlamətdar gündə bütün dünya müsəlmanlarını İmam Zaman(ə.f) mübarək mövludu münasibəti ilə təbrik edirik
İmam Baqir (ə) buyurur: “İmam Mehdi (əc.) Məkkədən “rükn”lə “məqam” arasından öz köməkçi və  üç yüz on üç nəfərlə  birlikdə zühur edəcək. Belə ki, Peyğəmbərin (s) qanun-qaydası, bayrağı və silahı оnunla birlikdə оlacaq. Bü zaman Məkkə səmasından оnun adı və vilayəti (imaməti) tərəfindən nida gələcək. Belə ki, dünyada оlan Yer əhlinin hamısı о adı eşidəcək. Оnun adı Peyğəmbərin (s) adı ilə eynidir. Imam Mehdi (ə) hicri-qəməri təqvimi ilə 255-ci ilin Şaban ayının 15-də, (miladi tarixi ilə 868-ci ildə) Samirə şəhərində müsəlmanların 11-ci imamı Həsən Əsgərinin (ə) ailəsində anadan olub. 12-ci imamın adı Məhəmməd olsa da, o daha çox Mehdi, Qaim və Sahibəzzaman ləqəbləri ilə məşhurdur.
Atası şəhadətə çatdıqda imam Mehdinin (ə) beş yaşı olmasına baxmayaraq, cənazə namazını məhz o qılıb. Bundan sonra isə 12-ci imamın qeyb dövrü başlayıb. Allahın möcüzələrindən biri də imam Mehdinin (ə) günümüzə qədər ömür sürməsidir. Onun nə zamana qədər gözlərdən uzaq yaşayacağı, nə vaxt Allahın Quranda buyurduğu vədə yerinə yetəcəyi bəlli deyil. Allahın Peyğəmbəri (s) buyurur-«Mənim ümmətimin ən üstün əməli fərəc intizarında olmaq və Allahdan onun baş verməsini istəməkdir.» Mehdi (ə) inancını düzgün anlamayan, ya da şübhə altına almağa çalışanların  irəli sürdüyü bir iddia var- zühur intizarı əslində fəaliyyətsizliyə, passivliyə çağıran bir məsələdir. Yəni əgər dünya zühur ərəfəsində zülmlə dolacaqsa, deməli, ədalət tamamilə məhv olacaq. Buna görə də ədalət uğrunda mübarizə aparmaq mənasızdır. Bu fikir  qərəzli düşmənçilikdən qaynaqlanır. Əslində isə bu düşüncə zühur fəlsəfəsinə, Əhli-beyt məktəbinə tamamilə ziddir.Bütün peyğəmbərlər, övliyalar Mehdinin zühur edəcəyindən xəbərdar olmuş, bunu öz kəlamlarında xəbər vermişlər. Onlar ömürlərini mənasız intizarla keçirməmiş, haqqın dirçəlişi və batilin məhvi uğrunda səy etmiş və bunu tövsiyə etmişlər. Hədislərdə  vurğulanır ki, “İbadətlərin ən üstünü fərəci (Mehdinin zühurunu) gözləməkdir”. Fərəc intizarı isə iki cürdür. Birinci intizar dağıdıcı və fəsadyayıcı xüsusiyyətə sahibdir. Bu cür intizar çəkən şəxs ətrafda nələr baş verdiyinə tam laqeyddir, sakitliklə gözləyir ki, İmam hər şeyi onun əvəzinə həll edəcək. Amma anlamır ki, özündə yüksək insani keyfiyyətlər tərbiyə etmədiyi, Əhli-beytin əsil ardıcılı olmadığı, Mehdiyə layiqli əsgər olmağa hazırlaşmadığı təqdirdə heç zaman o həzrəti tanımayacaq, əksinə, bəlkə də zühur zamanı Onun qatı düşməninə çevriləcək. Deməli, Mehdini (ə) tanımaq və sidq ürəklə qəbul etmək üçün zühura hazırlaşmaq lazımdır. İnsan öz əxlaqını islah etməli, haramdan çəkinməli, nəfsinə yox deməyi bacarmalı, bu yolda hər cür fədakarlığa hazır olmalıdır. Özü bir kəsə zülm etmədiyi kimi, başqasının da zülm etməsinə razı olmamalı, istər açıq, istərsə gizli şəkildə ədalət uğrunda mücadilə aparmalıdır. Bir çox məsələlərdən sui-istifadə edildiyi kimi, tarix boyu intizar inancından da sui-istifadələrə yol verilib. Bəziləri bu inancı təhrif edərək insanlara elə təlqin ediblər ki, bu inanca əsasən, heç bir ictimai islahat bəşəriyyətə nicat verə bilməz. İnsanlar zülmdən nicat tapmaq istəyirlərsə, Mehdinin zühurunu gözləməlidirlər. İslam tarixində hətta Həzrəti Mehdinin zülm və fəsadla mübarizə aparacağını əsas gətirib, zühurun tezləşməsi üçün müsəlmanları günah etməyə təşviq edən cərəyanlar da mövcud olub.Təbii ki, belə bir inanc bütün ilahi dinlərin məntiqinə ziddir. Səmavi dinlərdən heç biri İslam dini qədər ictimai fəaliyyətə təkid etməyib və insanlığın müqəddəratının özündən asılı olmasını vurğulamayıb. İslam fəsad və zülmlə mübarizəni, pisliklərdən çəkindirməyi müsəlmanların əsas vəzifələrindən biri olaraq qəbul etmiş və ictimai islahatı, ədalətsevərliyi dini vəzifələrin ən ümdəsi hesab edir. İslam dini yaxşılığa dəvət edib, pisliklərdən çəkindirmə məsələsinə o qədər önəm verir ki, bu iş üçün bir qrup insanı hazırılamağı tövsiyə edir. “Sizin içinizdə xeyrə çağıran, yaxşılığa dəvət edib pis işlərdən çəkindirən bir toplum olmalıdır, qurtuluşa çatanlar da məhz onlardır” (Ali-İmran surəsi, 104). Fərəc intizarının bəyənilən və doğru forması qurucu, islahedici intizardır. Müsəlmanlar İmamın qeyb dövründə də böyük imtahan qarşısındadırlar. Onlar bir tərəfdən öz imanlarını qorumalı, digər tərəfdən də İmamın zühuru üçün şərait hazırlamalıdırlar. Bu, qonaq gözləyən adamın vəziyyətinə bənzəyir. O, həm öz şəxsi işlərini görür, həm də evdə səliqə-səhman yaradır ki, qonaq gələndə inciməsin. Zühur  zamanının gizli qalması da böyük fəlsəfəyə malikdir. Bu, müsəlmanı ətalətdə qalmağa qoymur. İnsan daim fərəc gününün intizarı ilə yaşayır. Həmin hadisənin bu gün və ya sabah baş verəcəyi ümidi ilə hazırlığını qoruyur, sayıqlığını itirmir. İmam Mühəmməd Baqir (ə) “Fərəc günü (yəni Mehdinin zühuru) nə zamandır?” sualının cavabında məhz bunu nəzərdə tutaraq buyurmuşdur: “Fərəc o zaman yetişəcək ki, siz ələkdən keçəsiniz, sonra bir də, daha sonra bir dəfə də ələnəsiniz. Pisləriniz itib, yaxşılarınız qalsın. Bax, o zaman Mehdi zühur edəcək”.
İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB-2

19:03 / 05 Oktyabr 2026

İDMAN İDMAN

İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB-2

84

0
Cəriməni vaxtında ödəməyən sürücünü nə gözləyir? – Ekspertdən xəbərdarlıq  

19:00 / 05 Oktyabr 2026

HÜQUQ HÜQUQ

Cəriməni vaxtında ödəməyən sürücünü nə gözləyir? – Ekspertdən xəbərdarlıq  

129

0
Yüksək riskli xəstəliklərdə əməliyyatsız müalicə cərrahiyyəyə alternativ ola bilərmi? – Ekspertdən AÇIQLAMA

18:42 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Yüksək riskli xəstəliklərdə əməliyyatsız müalicə cərrahiyyəyə alternativ ola bilərmi? – Ekspertdən AÇIQLAMA

95

0
Avtomobil alarkən ən çox edilən səhv nədir? – Mütəxəssisdən sürücülərə xəbərdarlıq  

18:35 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Avtomobil alarkən ən çox edilən səhv nədir? – Mütəxəssisdən sürücülərə xəbərdarlıq  

123

0
Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə görüşüb, humanitar məsələlər müzakirə olunub

18:29 / 05 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə görüşüb, humanitar məsələlər müzakirə olunub

77

0
Azərbaycanın balans siyasəti YENİ MƏRHƏLƏDƏ: “Orta güc” statusu ölkəyə nə qazandırır? — Politoloq AÇIQLAYIR  

18:21 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycanın balans siyasəti YENİ MƏRHƏLƏDƏ: “Orta güc” statusu ölkəyə nə qazandırır? — Politoloq AÇIQLAYIR  

81

0
Kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır 

18:08 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır 

75

0
Sükan arxasında siqaret çəkməyin cəzası varmı? – Hüquqşünasdan AÇIQLAMA  

18:04 / 05 Oktyabr 2026

HÜQUQ HÜQUQ

Sükan arxasında siqaret çəkməyin cəzası varmı? – Hüquqşünasdan AÇIQLAMA  

156

0
Müasir insanın ən böyük problemi: Çox seçim, az rahatlıq – Sosioloq AÇIQLADI  

17:59 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Müasir insanın ən böyük problemi: Çox seçim, az rahatlıq – Sosioloq AÇIQLADI  

79

0
Bu ölkə İrana uçuşları bərpa etdi

17:56 / 05 Oktyabr 2026

DÜNYA DÜNYA

Bu ölkə İrana uçuşları bərpa etdi

86

0
Bakının bütün metrostansiyalarından PULSUZ GEDİŞ GÖZLƏNİLİRMİ?

17:54 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bakının bütün metrostansiyalarından PULSUZ GEDİŞ GÖZLƏNİLİRMİ?

93

0
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib 

17:53 / 05 Oktyabr 2026

DÜNYA DÜNYA

İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib 

70

0