Yanvarın 1-dən qüvvəyə minir - YENİ QƏRAR
25 Noyabr 2026, 18:02
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
505
06.06.2024, 19:49
Azərbaycan və Ermənistanın BMT yanında daimi nümayəndəliyi Özbəkistanın təşəbbüsü ilə BMT Baş Assambleyasında müzakirəyə çıxarılan və qəbul olunan qətnamə layihəsinə birgə dəstək verib.
OXU24.COM xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin 2021-ci ilin sentyabrında BMT Baş Assambleyasının 76-cı sessiyasındakı çıxışı zamanı təklif etdiyi "Mərkəzi Asiya ölkələrinin narkotiklərlə bağlı problemlərin effektiv həlli və aradan qaldırılması üçün vahid cəbhə kimi çıxış etməyə və əməkdaşlığa hazır olması haqqında" qətnamənin konsepsiyası Assambleyada müzakirəyə çıxarılıb.
Müzakirələrdə çıxış edən Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin birinci katibi Nərmin Ahəngəri bildirib ki, Azərbaycan Mərkəzi Asiya ölkələrinin narkomaniya ilə bağlı çağırışlara cavab vermək və narkomaniyadan azad bir cəmiyyət yaratmaq, eləcə də dünyada narkotik probleminin effektiv həllinə və ona qarşı mübarizəyə töhfə vermək qətiyyətini alqışlayır:
"Azərbaycan Mərkəzi Asiyanın bütün beş ölkəsi ilə dostluq və konstruktiv əməkdaşlıq edir. Bir çox sahələrdə, o cümlədən nəqliyyat, logistika, enerji, kənd təsərrüfatı, turizm sahələrində sıx əlaqələrimiz var və əməkdaşlığımızın daha da genişləndirilməsinə böyük əhəmiyyət veririk. Azərbaycan bu qətnamənin sponsorudur. Biz inanırıq ki, bu qətnamə dünyada narkotik probleminin həllində regional əməkdaşlığı inkişaf etdirəcək".
Qətnamə layihəsi Azərbaycan, Əlcəzair, Ermənistan, Bəhreyn, Belarus, Çin, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Qazaxıstan, Qırğızıstan, İran, İndoneziya, İordaniya, Mərakeş, BƏƏ, Oman, Pakistan da daxil olmaqla 30-dan çox üzv ölkə tərəfindən birgə dəstəklənib və qəbul olunub.
Sənəddə qeyd edilir ki, Mərkəzi Asiyada Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq regionda narkotiklərin qanunsuz dövriyyəsi və narkomaniyaya qarşı mübarizə ilə sıx bağlıdır.
Burada, həmçinin narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə kompleks tədbirlərin görülməsi, strateji təşəbbüslərin və fəaliyyət planlarının hazırlanması tələb olunur.
Qətnamədə, həmçinin narkotiklərlə bağlı problemlərin hərtərəfli həllində BMT, beynəlxalq maliyyə institutları və digər maraqlı tərəflərin Mərkəzi Asiya dövlətlərinə dəstəyinin genişləndirilməsinin vacibliyi vurğulanır.
18:02 / 25 Noyabr 2026
13
18:00 / 25 Noyabr 2026
14
17:49 / 25 Noyabr 2026
103
17:35 / 25 Noyabr 2026
53
17:21 / 25 Noyabr 2026
296
17:13 / 25 Noyabr 2026
88
17:01 / 25 Noyabr 2026
361
16:50 / 25 Noyabr 2026
113
16:38 / 25 Noyabr 2026
94
16:29 / 25 Noyabr 2026
91
16:27 / 25 Noyabr 2026
92
16:15 / 25 Noyabr 2026
254
16:05 / 25 Noyabr 2026
235
15:59 / 25 Noyabr 2026
306
15:41 / 25 Noyabr 2026
745
15:32 / 25 Noyabr 2026
219
15:30 / 25 Noyabr 2026
138
15:26 / 25 Noyabr 2026
124
15:22 / 25 Noyabr 2026
121
15:19 / 25 Noyabr 2026
122
15:10 / 25 Noyabr 2026
210
15:03 / 25 Noyabr 2026
230
14:58 / 25 Noyabr 2026
138
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.