Kolibrilər suyu necə içir? Alimlərin diqqətini çəkən qeyri-adi dil mexanizmi
27 Noyabr 2026, 20:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
476
07.04.2024, 21:59
Amarant qırımızı və uzun çiçəklərə malik olan bir bitkidir. Onun boyu 3 metrə qədər qalxa bilir. Amarant dənli bitkilərdən hesab edilir. Onun qara, çəhrayı, sarı və ya yaşıl rəngdə toxumları olur.
OXU24.COM bildirir ki, amarant çiçəkləri öz təravətini uzun müddət saxlaya bilir. Bu səbəbinə görə də onu qış fəslində evin gözəl görünməsi üçün dibçəkdə yetişdirirlər. Amarant bitkisi Antraktidadan başqa dünyanın bütün yerlərində yetişə bilən bitkidir. Sənayedə amarantın toxumlarından geniş istifadə olunur.
Faydalı tərkibi
- makroelementlər - kalium, kalsium, maqnium, natrium, fosfor
-mikroelementlər - dəmir, marqanes, selen, sink
Amarat toxumlarının qida dəyəri onun tərkibində olan 20-23% zülallar, lizin, yarımdoymamış yağ turşuları, nişasta, sterol və flavonoidlər var. Aramant toxumları ilə qidalanmaq orqan və toxumların oksigenlə qidlalnmasına səbəb olur, orqanizmə immun yüksəldici, dərini möhkəmləndirici təsir göstərir.
Dünyanın bir çox ölkələrində amarant toxumlarından qida vasitəsi kimi istifadə edilir. Ondan tərəvəz, dənli bitki, dərman vasitəsi və qida kimi istifadə edilir. Amarant XXI əsrin ən çox yetişdirilən dənli bitkilərindəndir. Buna səbəb isə onun qida dəyərinin yüksək olması və məhsuldarlığının bol olmasıdır. Amarantdan içkilərin, qidaların, balıq məhsullarının, blanşların, konditer və un məmulatlarının hazırlanmasında istifadə edilir. Onu buğ ilə bişirərək dadlı yeməklər hazırlayırlar.
Amarantdan orqanizmi möhkəmləndirmək məqsədilə istifadə edilir. Ondan müxtəlif dərman preparatları hazırlanır. Çin təbabətində amarant toxumlarından əldə edilən yağ şiş toxumalarına qarşı radioterapiya müalicəsi zamanı qəbul edilir. Bu yağ dəri və daxili orqanlara yarasağaldıcı, zədələnmiş toxumalara bərpaedici təsir göstərir. Amarant ürək-damar sisteminin möhkəmlənməsinə, dərinin sağlamlaşmasına səbəb olur, orqanizmdə sərbəst radikallara qarşı mübarizə aparır.Amarant toxumları ilə babasil, sidik ifrazı sistemini iltihabi xəstəlikləri, anemiya, diabet, zəiflik, gücsüzlük, nevrozlar, piylənmə, yanıqlar, parodontit, stomatit, mədə və onikibarmaq yarası, atereskleroz xəstəliklərində qidalanmaq orqanizmdə xəstəlik əlamətlərinin azalmasına səbəb olur.
Kosmetologiyada amarant bitkisinin toxumlarından, çiçəklərindən, yarpaqlarından və toxumlarının soyuq üsulla sıxılmasından əldə edilən yağından istifadə edilir.
Amarant yağının tərkibində 8% olan skvalen dəri toxumasının qorumasına səbəb olur. Skvalen dəri üçün lazım olan əsas komponenetlərdən biridir. Skvalen xərçəng hüceyrələrinə qarşı mübarizə aparan maddələrdəndir. O dəriyə qulluq edir, dəri toxumalarının oksigenlə qidalanmasına səbəb olur, sərbəst radikallara qarşı mübarizə aparır. Amarant yağında olan E vitamini zədələnmiş dəri toxumalarını qidalandırır. Amarant yağı dəri toxumasına bərpaedici, qidalandırıcı, tonuslandırıcı, yumuşaldıcı təsir göstərir. Onun antibakterial, qoruyucu təsiri psoriaz, ekzema, neyrodermit, dermatit, allergik dertmatozlar, trofik yaralar və herpes virusu xəstəliklərinin sağalmasını sürətləndirir.
Amarantın zərərli xüsusiyyətləri
Amarantın zərərləri barədə heç bir yerdə qeydlərə rast gəlinməyib.Xolisitit, pankreatit, öd daşı və sidik daşı xəstəliyi zamanı amarantdan istifadə edərkən diqqətli olmaq tövsiyə edilir.
20:10 / 27 Noyabr 2026
62
20:08 / 27 Noyabr 2026
131
19:58 / 27 Noyabr 2026
57
19:54 / 27 Noyabr 2026
76
19:49 / 27 Noyabr 2026
59
19:42 / 27 Noyabr 2026
68
19:38 / 27 Noyabr 2026
83
19:34 / 27 Noyabr 2026
360
19:26 / 27 Noyabr 2026
107
19:22 / 27 Noyabr 2026
87
19:09 / 27 Noyabr 2026
343
19:00 / 27 Noyabr 2026
83
18:45 / 27 Noyabr 2026
155
18:33 / 27 Noyabr 2026
120
18:25 / 27 Noyabr 2026
111
18:15 / 27 Noyabr 2026
122
18:08 / 27 Noyabr 2026
151
17:58 / 27 Noyabr 2026
134
17:30 / 27 Noyabr 2026
354
17:26 / 27 Noyabr 2026
162
17:07 / 27 Noyabr 2026
142
16:57 / 27 Noyabr 2026
139
16:38 / 27 Noyabr 2026
662
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.