Gələn ay musiqi müəllimlərinin sertifikasiya imtahanı keçiriləcək
27 Noyabr 2026, 21:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
422
05.04.2024, 21:31
Bir çox dərman uşaqların həyatı üçün təhlükəlidir.
OXU24.COM xəbər verir ki, təhlükəli dərman qruplarını Gazeta.ru-ya müsahibəsində pediatr Gözəl Rəhimova sadalayıb.
Birincisi, ağrıkəsicilər və qızdırmasalıcılar və ya qeyri-steroid iltihab əleyhinə dərmanlardır. Mütəxəssis qeyd edib ki, bunlara ibuprofen və parasetamol daxildir.
Onun sözlərinə görə, bu dərmanlarla uzun müddətli müalicədə qanın və daxili orqanların vəziyyətinə nəzarət etmək lazımdır. Mütəxəssis xəbərdarlıq edib ki, nimesulid, metamizol natrium (analgin) və asetilsalisil turşusu (aspirin) 15 yaşdan kiçik uşaqlar üçün riskli olduğundan istifadəsi tamamilə qadağandır.
İkinci qrup mukolitiklərdir - bəlğəmgətirici dərmanlar. Onlar yalnız göstərişlərə uyğun olaraq və pediatrın nəzarəti altında istifadə edilməlidir. Çünki bəlğəmli effektiv öskürmək qabiliyyəti 4-6 yaşa qədər uşaqlarda tam formalaşır.
"Bu yaşda olan uşaqlarda bəlğəmin miqdarının artması onlara daha çox zərər verə bilər. Öskürək anadangəlmə refleksdir, müalicəyə ehtiyac yoxdur, öskürəyin səbəbini müəyyənləşdirib müalicə etmək lazımdır", - mütəxəssis izah edib.
Üçüncü qrup, qan damarlarını daraldan dərmanlardır (vazokonstriktorlar). Mütəxəssisin fikrincə, onlardan beş günə qədər qısa müddətdə və gündə iki-üç dəfədən çox olmayaraq, istifadə edilməlidir. Uzun müddət istifadəsi və ya həddindən artıq dozası nəticəsində terapevtik təsir zəifləyə bilər ki, bu da rinit və burun qişasının atrofiyasının inkişaf riski arta bilər.
Dördüncü qrup, birinci nəsil antihistaminiklərdir ki, bu da mərkəzi sinir sisteminin depressiyasına və tənəffüsün dayanmasına səbəb ola bilər. Bu dərmanlar yalnız həkimin ciddi nəzarəti altında istifadə edilməlidir. Eyni zamanda, pediatr vurğulayıb ki, bu gün bazarda altı aylıq uşaqlar üçün icazə verilən və mənfi təsirləri minimal olan effektiv antihistaminiklər var.
Rəhimovanın sözlərinə görə, beşinci qrup dərmanlara loperamid kimi ishal əleyhinə dərmanlar daxildir. Bu dərmanı həkim resepti və nəzarəti olmadan beş yaşınadək uşaqlarda istifadə etmək tövsiyə edilmir. Çünki bu, bağırsaq divarının daralmasına səbəb ola bilər ki, bu da mədə-bağırsaq traktının qan tədarükünün pozulmasına səbəb olur.
Həkim yekunda istər böyüklər, istərsə də uşaqlarda hər hansı dərman vasitəsinin istifadəsinə dair təlimatları diqqətlə öyrənməyin və müalicəyə başlamazdan əvvəl həkimlə məsləhətləşmənin vacibliyini vurğulayıb.
21:17 / 27 Noyabr 2026
16
21:11 / 27 Noyabr 2026
43
20:55 / 27 Noyabr 2026
73
20:46 / 27 Noyabr 2026
76
20:39 / 27 Noyabr 2026
217
20:35 / 27 Noyabr 2026
86
20:28 / 27 Noyabr 2026
78
20:10 / 27 Noyabr 2026
490
20:08 / 27 Noyabr 2026
187
19:58 / 27 Noyabr 2026
93
19:54 / 27 Noyabr 2026
101
19:49 / 27 Noyabr 2026
94
19:42 / 27 Noyabr 2026
108
19:38 / 27 Noyabr 2026
106
19:34 / 27 Noyabr 2026
518
19:26 / 27 Noyabr 2026
129
19:22 / 27 Noyabr 2026
109
19:09 / 27 Noyabr 2026
420
19:00 / 27 Noyabr 2026
98
18:45 / 27 Noyabr 2026
201
18:33 / 27 Noyabr 2026
136
18:25 / 27 Noyabr 2026
124
18:15 / 27 Noyabr 2026
134
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.