Yumurtaların üzərindəki rəqəmlər nə deməkdir?
28 Noyabr 2026, 01:49
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
627
14.03.2024, 11:27
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza tərəfdaş çevrəsini genişləndirməyə davam edir. “SİMA İmza” vasitəsilə xidmətlərini rəqəmsallaşdıran növbəti qurum “Portmanat” elektron pulqabı olub.
Artıq “Portmanat” elektron pulqabının internet saytında (www.portmanat.az) və mobil tətbiqində istifadəçilər kimliyini “SİMA İmza” vasitəsilə eyniləşdirə bilərlər. Belə ki, saytda və tətbiqdə qeydiyyatdan keçmiş istifadəçilər “Limitlər və imkanlar” bölməsinə daxil olub limit artırılması prosesini “SİMA İmza” sayəsində anında reallaşdıra bilərlər.
Qeyd edək ki, buna qədər müştərilər limit artımı üçün müraciət göndərməli, azı 1 iş günü gözləməli idi.
Prosesi səhv icra etdikdə təsdiqlənmə müddəti daha da uzanır, nəticədə eyniləşdirmə əməliyyatı zaman alırdı. “SİMA İmza” sayəsində isə müştərilər 1 dəqiqədən daha az müddətdə kimliyini təsdiqlədə bilirlər.
“SİMA İmza” ilə vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulur, xidmət göstərənlərin iş yükü və xərcləri azalır. Azərbaycan vətəndaşları, fərdi sahibkarlar və Azərbaycanda qanuni əsaslarla yaşayan əcnəbilər olduğu yerdən elektron xidmətlərdən yararlanırlar.
Həmçinin “SİMA İmza”nın istənilən sistemə inteqrasiya oluna bilməsi istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır.
Rəqəmsal xidmətlərə əlçatanlığı artıran “SİMA İmza” ölkəmizdə biznes proseslərini sürətləndirəcək.
Mobil tətbiqi yükləməklə əldə olunan “SİMA İmza” (buradan yükləyin) vətəndaşlar üçün tam pulsuzdur. SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
02:18 / 28 Noyabr 2026
114
01:49 / 28 Noyabr 2026
103
01:11 / 28 Noyabr 2026
102
23:59 / 27 Noyabr 2026
149
23:54 / 27 Noyabr 2026
132
23:40 / 27 Noyabr 2026
154
23:40 / 27 Noyabr 2026
135
23:35 / 27 Noyabr 2026
132
23:32 / 27 Noyabr 2026
435
23:28 / 27 Noyabr 2026
134
23:27 / 27 Noyabr 2026
126
23:26 / 27 Noyabr 2026
135
23:05 / 27 Noyabr 2026
139
22:56 / 27 Noyabr 2026
134
22:48 / 27 Noyabr 2026
158
22:35 / 27 Noyabr 2026
140
22:22 / 27 Noyabr 2026
176
22:16 / 27 Noyabr 2026
144
22:09 / 27 Noyabr 2026
144
22:08 / 27 Noyabr 2026
182
22:06 / 27 Noyabr 2026
150
22:00 / 27 Noyabr 2026
206
21:59 / 27 Noyabr 2026
234
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.